Ərini öldürüb meşədə basdıran tibb bacısı imiş – Təfərrüat+Video

02.10.2015 - 02:16
rrBakının Yasamal rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Cumhuriyyet.az APA TV-yə istinadən xəbər verir ki, Kamran Mahmudov adlı şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Yaxınları onun evdən çıxıb getdiyini və bir daha geri dönmədiyinin bildiriblər. Ailə üzvləri ilə aparılan söhbət zamanı itkin düşən şəxsin həyat yoldaşının qeyri-səmimi ifadə verdiyi təxmin edilib.
Aparılan araşdırmalar zamanı Kamran Mahmudovun öz həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub. Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonu ərazisində meşədə basdırıblar. Meyitin basdırıldığı təxmin edilən əraziyə baxış keçirilib və Kamran Mahmudovun hissələrə bölünmüş meyiti aşkarlanıb.
Qətli törətmiş Lalə Mahmudovanın Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı, qətldə iştirak edən Sədi adlı şəxsin isə zərgər işlədiyi bildirilir. Zərgər işləyən şəxsin Mərkəzi Univermaqda iki mağazasının olduğu qeyd edilir. Onun Lalə Mahmudova ilə tanışlığı qızın anası vasitəsilə olub.
Hər iki şəxs Yasamal Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxunma : 484

Short URL: http://www.cumhuriyyet.net/?p=33691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930