Yol polisinin bu addımı 12 nəfəri işsiz qoydu

05.10.2015 - 13:45
yolSentyabrın 15-dən başlayaraq qüvvəyə minən qaydaya əsasən, Bakı qeydiyyatında olmayan avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulub.
Yeni qayda eyni zamanda Sumqayıt sakinlərinin idarə etdikləri avtomobillərə də şamil edilib. Belə ki, Masazır, Saray və Çeyranbatan yolu ilə şəhərə daxil olmaq istəyən avtomobillər (seria nömrələri 10, 90, 99 olmayan və Bakı qeydiyyatında olmayan) Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən geri qaytarılır. Sərnişinlər bildirir ki, Yol polisi tərəfindən yaradılmış süni tıxaca görə saatlarla yolda qalmalı olurlar.
İnterAz-a daxil olan məlumata görə, avtomobillərinin şəhərə buraxılmaması səbəbindən işə zamanında çatmayan 12 nəfər Sumqayıt sakini əvvəlcədən xəbərdarlıq edildikdən sonra işdən azad olunublar.
Əlavə edək ki, Masazır yolunun Duzlu Göl hissəsində Sumqayıtdan daxil olan avtomobillər DYP əməkdaşları tərəfindən saxlanılaraq onların qeydiyyatda olduğu ərazi yoxlanılır. Sənədlər yeni qaydalara cavab verilmədiyi halda həmin avtomobillər geri qaytarılır.
Yolda qalan sakinlər nazılıqlarını belə ifadə ediblər: “Elə bil Əfqanıstana gedirik. Bu nə yoxlamadır? Belə iş olmaz axı. Öz ölkəmizdə normal yaşaya bilmirik. Hər gün bu problemlə üzləşirik. İşdən xəbərdarlıq olunub ki, birdə gecikmə olarsa, qovulacaqsınız. Məsələ nə zaman həll olunacaq?”
Sakinlərin açıq qalan suallarına cavab tapmağa çalışacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=33899

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728