Azərbaycan tarixində 69-cu il müəmması
Şıxəli Qurbanovla Maqsud Əlizadənin sirli
ölümü; Heydər Əliyevin hakimiyyətə gəlişi…
Şıxəli Qurbanovla Maqsud Əlizadənin sirli
ölümü; Heydər Əliyevin hakimiyyətə gəlişi…
12
dekabr Azərbaycan tarixinin ötən 60 illik dövründə böyük rol oynamış Heydər
Əliyevin həm də rəsmi vəfat günüdür. Bu ərəfədə bir daha onun kimliyi, keçdiyi
həyat yolu, fəaliyyəti, indiyə qədər haqqında deyilən və deyilməyənləri,
bildiklərimizi və bilmədiklərimizi ümumiləşdirib bu günün prizmasından yaxın
tariximizə işıq salmaq istədik. Qəzetimizin bir neçə sayında bu barədə yazılar
dərc etdik. Mövzunu yalnız sabiq dövlət başçsının ölüm günü ilə bağlı
olduğundan yekunlaşdırmaq istədik. Amma… Redaksiyamıza müraciət edən çoxsaylı
oxucular mövzunun davam etdirilməsini xahiş etdilər. Oxucularımızın istəyi ilə
mövzuya “davam” dedik. Yazıda qeyd olunanlarla bağlı maraqlı şəxslərin, adı keçənlərin
yaxınlarının, oxucularımızın da fikirlərinə yer ayırmağa hazırıq. Yeganə məqsədimiz
yaxın tariximizə işıq tutmaqdır…
(əvvəli burda – http://www.cumhuriyyet.net/arasdirma/3299-1969-cu-ilde-azerbaycanda-hakimiyyet-bashina-kim-gelmeli-idi.html)
Şıxəli Qurbanovun
müəmmalı ölüm xəbəri…
Həmin dövrdə respublikada gözlənilməz hadisə
baş verdi. 1967-ci ildə mayın 24-də Şıxəli Qurbanovun
“Sənsiz” dramına ictimai-baxış keçirilməli idi. Bütün ziyalılar Azərbaycan Dram
Teatrına toplaşmışdı. Saat 11-də Ş.Qurbanov gəlməli idi. Saat 12 oldu, bir oldu…
Camaat narahat olmağa başladı. Xəbər verdilər ki, dağılın, tamaşa olmayacaq.
Camaat yerindən tərpənmədi. Nəcə yənı olmayacaq?Həmən gün səhər Ş.Qurbanov dişini
müalicə etdirib, oradan da Dram Teatrına getməli idi. Lakin Ş.Qurbanov dişini
müalicə etdirərkən çox müəmmalı şəkildə dünyasını dəyişdi. Azərbaycan xalqı
onun yaxın günlərdə ölkəyə rəhbər təyin olunacağını gözlədiyi halda müəmmalı
şəkildə ölüm xəbərini eşidir və çox sarsılır. Bütün qəzetlər, ölkə mətbuatı,
onun iri şəkillərini, nekroloğunu dərc edərək Ş. Qurbanovun ölüm xəbərini
üzünütü ilə qeyd edir. Ölkədə böyükdən kiçiyə hamı bu barədə danışır. Amma heç
bir rəsmi mənbə bu böyük insanın əsl ölüm xəbərini demir.
Qeyd edək ki, bu dəhşətli ölüm hadisəsindən
əvvəl də onu bir neçə dəfə öldürməyə cəhd etmişdilər. Birində ona atılan güllə
qoluna dəymiş, digərində isə avto qəzaya salmaq cəhdi baş tutmamışdı. O ki,
qaldı Ş.Qurbanovun ölümünə, bunu müəmmalı iş hesab etmək olmaz. Bu o vaxt
müəmmalı iş olardı ki, onun mahiyyəti bilinməyəydi. Ancaq açıq-aşkar bilinir
ki, Ş.Qurbanovu
öldürüblər və bu ölümə səbəb aşağıdakılardır:
Birincisi, həkimin
Ş.Qurbanovu tək qəbul etməyə ixtiyarı yox idi. Qanuna uyğun olaraq həm
xəstəxananın baş həkimi, həm müalicə edən həkim, həm də tibb bacısı həmin zaman
müayinə otağında olmalıydılar və bu üç nəfər protokola imza atmalıydılar ki,
Mərkəzi Komitə katibi və Mərkəzi Komitə Bürosunun üzvü müalicə olundu və getdi.
Yəni, sağ-salamat həkim yanından çıxdı. Imzalanmış protokol tibbi kartaya
tikilməliydi. Amma həkim Ş.Qurbanovu tək qəbul edir. Dişinin ətinə iynə vurur
və görəndə ki, Ş.Qurbanov boğulub, pəncərədən atılaraq qaçır. Sonradan
Ş.Qurbanova vurulan şipris həyətdən tapılır. Ekspertiza üçün isə Moskvaya başqa
bir adamın toxumaları göndərilir. Və burada da yeganə bir məqsəd var idi: bu iş
ört-basdır olunsun.
Ikinci, Ş.Qurbanovun
ölümü ilə əlaqədar tibbi komissiyanın rəyində səbəb kimi anafilaktik şok
göstərilib. Ş.Qurbanovun boğazı tez-tez ağrıyardı və boğaz ağrısı ilə bağlı adı
çəkilən iynədən çox vurulubmuş. Nəyə görə növbəti dəfə həmin iynədən istifadə
olunması faciə ilə nəticələnməliydi?
Üçüncü, əgər Ş.Qurbanov
həqiqətən də anafilaktik şok olmuşdusa, tibbi ədəbiyyatda göstərilir ki,
anafilaktik şok olan adama dərhal nəfəs verilməli, ürəyinə massaj edilməlidir.
Bu tədbirlərlə yanaşı boğazı dəlinməlidir. Lakin bunların heç biri edilməmişdi.
Üstəlik həkim də pəncərədən qaçıb getmişdi.
Bundan başqa,
tibb ədəbiyyatından o da məlumdur ki, iki gün ölüxanada olan anafilaktik şoka
məruz qalan insanların özləri çox vaxt ayılaraq həyata qayıdıblar. Deməli bunun
üçün müəyyən vaxt tələb olunur. Lakin Ş.Qurbanovu “anafilaktik şok”dan 20
dəqiqə sonra yarırlar. Bütün bunlar da Ş.Qurbanovun anafilaktik şokdan ölməyinə
yox, öldürülməsinə dəlalət edir.
Şıxəli Qurbanova qarşı sui-qəsd
cəhdlərinə baş vurulduğunu onun xanımı Xavər xanım da təsdiq edir. O deyir:
“Şıxəlinin həyatına üç dəfə qəsd olundu. Bayramdan sonra maşında gedərkən ona
güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər,
özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək
istəyiblər alınmayıb”.
Amma 4-cü cəhddə, Novruz
bayramından iki ay sonra milli oyanışımızın düşmənləri Şıxəli Qurbanovu
xaincəsinə aradan götürə bildilər.
Şıxəli
Qurbanov; “”Sənsiz”ə baxarsız mənsiz…”
Onu da deyək ki, Şıxəli Qurbanov
öləcəyini öncədən hiss edibmiş. Ölümündən bir gün əvvəl, may ayının 23-də
Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun “Sənsiz” dramının son məşqi
gedirdi. Mayın 24-də isə tamaşanın premyerası olmalı idi. Amma xaricdən
qonaqlar gəldiyinə görə Şıxəli Qurbanov teatrı yarımçıq tərk etməli olur.
O, teatrı tərk edəndə: “Sənsiz”ə
baxarsız mənsiz…”,-demişdi. Elə də oldu…
Qızı Gülnarə
Qurbanova atasının öldürüldüyünü söyləyib: “O
zaman vəzifəyə gəlmək istəyənlər bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid
turşusu vurublar. Novruz bayramı onu aradan götürmək üçün, sadəcə, səbəb idi. Mənim atam doyunca yuxusunu belə
almırdı. Xalq yolunda gecə-gündüz çalışırdı. Dul qadınlara, yetim uşağlara
havadarlıq edirdi. Maaşından aspirantlarının dissertasiyalarını çap etdirmək
üçün pul verirdi və müdafiəyə getmək üçün yenə də maaşdan onlara əyin-baş alırdı.
Cavan olduğuna baxmayaraq (axı o, dünyasını 41 yaşında dəyişib) özündən yaşca
böyük olanlara belə sahib çıxmağı bacarırdı… Xalqımızın özünüdərki üçün, onun
milli şüurunu oyatmaq üçün balalarını yetim qoydu, canından keçərək Novruz
bayramını bərpa etdi. İlk dəfə Azərbaycan xalqının ən əziz bayramının dövlət
səviyyəsində keçirilməsinin həm təşəbbüskarı, həm də təşkilatçısı oldu…”
“…Atamın qəbri ölümündən 43 il
sonra yararsız vəziyyətə düşmüşdü. Hökumətə müraciət etdik. İki ildən sonra
cavab aldıq ki, sən demə atamın məzarı normal vəziyyətdədir və ona görə də
orada bərpa işlərinə ehtiyac yoxdur. Bağımızı satıb, atamın qəbrini yenidən
düzəltdirdik. Özü də ki, birinci Fəxri xiyabanda. Afərin belə hökumətə!”
H. Əliyevin hakimiyyətə gəlişi ilə Novruz bayramı
yasaq edildi
Və ya 16 nəfərlik
namizədlərin sonrakı taleyi
Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə Novruz bayramının rəsmi dövlət səviyyəsində
keçirilməsi də yasaqlandı. Novruz bayramı Bahar bayramı adlandırıldı. Yalnız
1989- cu ildə Azərbaycan KP MK- nın birinci katibi Əbdürrəhman Vəzirovun sərəncamı
ilə Novruz bayramı rəsmi şəkildə dövlət səviyyəsində bayram kimi qeyd olunmağa
başladı.
Şıxəli Qurbanovun ölümündən az sonra isə
1-ci katib vəzifəsinə ən cavan və layiqli namizədlərdən biri,Respublika Komsomolu MK-nın 1-ci
katibi Maqsud Əlizadəgünün
günorta vaxtı güllə ilə vurularaq öz kabinetində müəmmalı şəkildə öldürülür. Şıxəli Qurbanovun, eləcə də
Maqsud Əlizadənin də qanı batır. Qəribə deyilmi?! Ş.Qurbanov və M.Əlizadənin
öldürülməsindən sonra gözlənilməz şəkildə Azərbaycan DTK sədri Heydər Əliyev
hakimiyyətə gəlir.
Vəli
Axundovun Sov. İKP MK- nə təqdim etdiyi 16 nəfərlik siyahıda 2 şəxs qətlə
yetirilir, qalan 14 nəfər isə Heydər Əliyev hakimiyyətə gələn kimi onları öncə
vəzifədən və partiyadan çıxarır, sonra isə əksəriyyətini həbsə atdırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3412