Azərbaycanda 4 məşhur qəfil öləcək – ŞOK PROQNOZ

08.10.2015 - 10:47
elsenPayızın gəlişi, 2016-ci ilin iqtisadi təhlili artıq 10-cu ayını yaşadığımız 2015-lə vidalaşma hissi doğurur. Hər zaman olduğu kimi, növbəti ilin arzuları indidən qurulur. Maraqlıdır, 2016-cı il nələr vəd edir?
Ekstrasens Elşən Məmmədov 2016-cı ildə baş verəcək hadisələrlə bağlı hiss “gördüklərini” axar.az-a danışıb.
– 2016-cı ildə Azərbaycanı hansı iqtisadi dəyişikliklər gözləyir?
– 2016-cı ildən danışacağıqsa, ili 4 rübə bölək. Birinci rübdə müəyyən qədər durğunluq müşahidə olunacaq. Lakin ilin ikinci rübündə nisbətən stabilləşmə görəcəyik. Üçüncü rübdə – stabil iqtisadiyyat, sonuncu rübdə – yaxşılaşma, başqa sözlə desək, ölkə iqtisadiyyatının çiçəklənməsi dövrü olacaq. Ümumiləşdirsək, 2016-cı ili Azərbaycanda bolluq ili kimi xarakterizə edərik.
– Manatın devalvasiyası və ərzaqların bahalaşması haqda nə deyə bilərsiniz?
– Manatın məzənnəsində gözəçarpacaq bir dəyişiklik gözlənilmir. Bahalaşma isə müşahidə olunacaq. Tütün və spirtli içkilərdə bu hal daha çox müşahidə ediləcək.
– Önümüzdəki il mədəniyyət sahəsində hansı yeniliklər gözlənilir?
– 2016-ci ildə mədəniyyət aləmində sözünü demiş, məşhur, xalq tərəfindən sevilən iki şəxsin ölümü hər kəsi yasa boğacaq.
– Bəs, siyasi mühitdə?
– Önümüzdəki ildə gözlənilmədən iki siyasi xadim dünyasını dəyişəcək. Bilirsiniz, bir var əcəllə ölüm, bir də var gözlənilmədən. İki siyasi və olduqca məşhur xadim, deyərdim ki, hər ikisi ürək və böyrək xəstəliyindən dünyasını dəyişəcək. Onların ölümü çox gözlənilməz olacaq. Yəni heç kimin ağlına gəlməyəcək şəxslər dünyasını dəyişəcək.
– Təbii hadisələr də insanların maraq dairəsində olur. 2016-da hansısa “sürpriz” gözlənilmir ki?
– Mən təbiət hadisələri – hava, zəlzələ, təbii fəlakətlər haqda proqnoz vermirəm. Amma öz hissiyyatıma güvənib demək istəyirəm ki, 2016-cı ildə ölkəmizdə çoxlu yeraltı təkanlar baş verəcək. Onların, demək olar ki, 70 faizi suda, 30 faizi quruda olacaq.
– Bu təbii fəlakətlər insan itkisinə səbəb olacaq?
– Xeyr, yeraltı təkanlar o qədər də təhlükəli olmayacaq, amma sel daşqınları zamanı tələfat görürəm. Dağlıq rayonlarda yağış və sel suları bu il çox güclü olacaq. Bu da öz növbəsində kənd təsərrüfatına mənfi təsir göstərəcək.
– 2016-cı ildə dünyanın bəlasına çevrilən İŞİD-i nə gözləyir?
– İŞİD 2016-cı ilin ilk yarısında yatmış vulkana dönəcək: 6 ay ərzində gözləmə mövqeyinə çəkiləcək və öz gücünü qoruyacaq, yəni sıradan çıxmayacaqlar, özlərini möhkəmlədəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=34273

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930