Görmənizi yaxşılaşdırmaq üçün buna əməl edin – 10 qayda
Gözlərin gimnastikası buna daimi əməl etmək şərtilə möcüzələr yaradır.
Qaynar.info sizə 10 qayda təqdim edir, bu qaydalar sizin 10 dəqiqədən çox vaxtınızı almayacaq və görmənizi həmişə yaxşı vəziyyətdə saxlayacaq.
1. İki dəqiqə ərzində görzlərinizi tez-tez qırpın — bu tapşırıq gözdaxili qan dövranını normallaşdırır.
2. Başınızla dairəvi hərəkətlər edin: sağa-sola, yuxarı-aşağı. Bu, qan dövranını aktivləşdirir.
3. Gözlərinizi sağa çəkin, sonra isə düz istiqamətdə baxın. Eyni hərəkəti əks istiqamətdə edin.
4. Gözlərizi yumun və sərbəst olun. Belə hesab edilir ki, qaranlıq gözlərin işığa həssas qəfəslərində aydın görmə üçün lazım olan maddələrin hazırlanmasına imkan yaradır.
5. Gözlərinizi müxtəlif tərəflərə yönəldin: sağa-sola, yuxarı-aşağı, sanki “səkkiz” rəqəmi çəkirmiş kimi dairəvi hərəkət etdirin.
6. 3-5 saniyə ərzində gözlərinizi yumulu saxlayın, sonra açın. Bunu 7 dəfə təkrarlayın. Bu tapşırıq göz əzələlərinizi yumşaldır və qan dövranını aktivləşdirir.
7. Yuxarı göz qapaqlarınızı barmaqlarınızla sıxın, amma çox güc verməyin, belə vəziyyətdə təxminən 2 saniyə saxlayın. Bunu 4-5 dəfə yerinə yetirin. Tapşırıq gözdaxili maye axımını yaxşılaşdırır.
8. Gözləriniz açıq halda havada əvvəlcə sadə həndəsi fiqurları çəkin, sonra mürəkkəb obyektlər və genişmiqyaslı kompozisiyalar.
9. Gözlərinizi bağlayın və göz almacıqlarını yuxarı-aşağı yavaş-yavaş hərəkət etdirin. Bunu 5-10 dəfə təkrarlayın.
10. Pəncərənin qarşısında dayanın, fikrinizi yaxınlıqda yerləşən bir predmetdə cəmləşdirin, məsələn, aynadakı bir nöqtədə, sonra isə baxışınızı bir az uzaq obyektə yönəldin, məsələn, ev və ya ağac. Bunu 10 dəfə təkrarlayın.
Short URL: http://www.cumhuriyyet.net/?p=34300