Putinin Tovuzda qaldığı ev – Foto

09.10.2015 - 13:28

putin5Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin 63 yaşını qeyd edib. Sadə bir ailədə dünyaya göz açan V. Putin hazırda dünyanın ən güclü liderlərindəndir.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlalarını heç vaxt yaddaşından silməyəcək.

Putin fəaliyyəti dövründə müxtəlif ölkələrdə rəsmi və qeyri-rəsmi səfərlərdə olub və bir çoxları ilə dostluq münasibətləri qurub. Putin indiyədək bir neçə dəfə Azərbaycana da baş çəkib. Onun ölkəmizə səfərləri əsasən rəsmi formatda baş tutub.

Amma illər öncə heç kimin tanımadığı Putin Azərbaycanın Tovuz rayonuna gəlib. O zaman Tovuzdan olan gənc İlham Rəhimovla tələbə yoldaşı olan Putinin bu səfəri Tovuz sakinlərinin xatirələrində yaşayır.

Çilovdarlı kəndinin sakinləri Putinlə bağlı xatirələrini əməkdaşımızla bölüşüblər.

“Putin bir neçə dəfə bizim kənddə olub. O tələbə vaxtı yay İlham Rəhimovun dəvəti ilə Tovuza gəlib. Putin Tovuzun gəzməli yerlərində olub. O kənd sakinləri ilə görüşündə Tovuzu bəyəndiyini, havasının çox gözəl olduğunu deyib. İndiki kimi yadımdadır Putinin gəlişi şərəfinə qonaqlıq təşkil edilmişdi. Həmin mərasimdə Putin Tovuz konyakından içərək ölkəmizlə bağlı xoş sözlər deyirdi”.

Kənd sakinlərinin sözlərinə görə, həmin mərasimdə maraqlı anlar yaşanıb. “Putinlə yeyib-içdikdən sonra bir-birimizlə zarafatlaşırdıq. Ona da dedik ki, ruslar tez evlənir, bəs sən niyə evlənmirsən? Putin də gülərək dedi ki, Tovuzdan qəşəng qız tapsanız, onunla evlənərəm. Sonra bildirdi ki, Azərbaycan qadınları çox gözəl və ailəcanlı olurlar”.

Sakinlərin sözlərinə görə, Putin İlham Rəhimovun ata evində qalıb. Hazırda o evdə Rəhimovun qohumları yaşayır.

Qeyd edək ki, İlham Rəhimovla Vladimir Putin 1970-ci illərdə Leninqrad Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıblar. Onlar tələbə yoldaşı və dost olublar. Hazırda hər ikisi dünyada tanınan şəxslərdəndir. Biri Rusiya prezidenti, digəri isə milyardlarla sərvəti ola iş adamıdır.

Azvision.az Rusiya prezidentinin Tovuzda qaldığı məhəllədən fotoları təqdim edir.

Fotolar kənd sakinləri tərəfindən göndərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=34439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930