Ağdam səhiyyəsi və prokurorluğunun ortaq əməli: ölüm işi necə batırılır?

10.10.2015 - 00:53

aqdam1Dəyərli oxucularımızın xatirində olar. Bu ilin iyul ayının 24-dən 25-nə keçən gecə Ağdam rayonu Quzanlı qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş düşərgədə yaşayan, Ağdam rayonu Qərvənd kənd sakini Nuşirəvan Aslanov qan təzyiqinin qəfləti qalxması nəticəsində vəfat etmişdir. Bu məsələ ilə bağlı mərhumun yaxınları cumhuriyyət. az-ın elektron poçtuna müraciət etmişdilər. Onlar iddia edirdilər lki, mərhumun ölümü Ağdam rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım məntəqəsi həkimlərinin məsuliyyətsizliyi üzündən baş vermişdir. Belə ki, həmin gecə iyul ayının 24-də gecə saat 12 radələrində Nuşirəvan Aslanovun qan təzyiqi qalxmış və halı kəskin dərəcədə pisləşmişdir. Mərhumun ailə üzvüləri təcili tibbi yardım məntəqəsinə zəng vurub onları xəstəyə yardım etməyə çağırıblar. Ancaq çağırışdan bir saat keçməsinə baxmayaraq xəstənin üstünə heç kəs gəlməyib.

Məcburiyyət qarşısında qalan ailə üzvüləri mərhumu özlərinin şəxsi avtomobili ilə Ağdam rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım məntəqəsinə aparıblar. Mərhumun oğlu Bəhruz Aslanovun o zaman dedikləri. Biz təcili tibbi yardım məntəqəsinə çatdıqda orada iki tibb bacısından başqa heç kimin olmadığının şahidi olduq. Mən onlardan atama yardım etmələrini istədim. Onlar bildirdilər ki, həkim gəlməmiş bizim ixtiyarımız yoxdur ki, xəstəyə müdaxilə edək. Onlar həkim Nadir Xudiyevin növbətçi həkim olduğunu, ancaq hazırda harada olduğunu bilmədiklərini söylədilər. Biz növbətçi həkim Nadir Xudiyevə zəng vurub təcili işə gəlməsini istədik. Nadir Xudiyev zəngimizdən təxminən 40-45 dəqiqə sonra məntəqəyə gəldi. Həmin an atamın vəziyyəti ağır olsa da, o, nəfəs alırdı. Biz nə qədər etsək də Nadir həkim ona yaxın gəlmədi. Bildirdi ki, iynə dərman yoxdur. Biz onunla uzun mübahisə etdik. Ancaq Nadir Xudiyev atama yardım etməkdən açıqca imtina etdi. Elə bil kimsə ona tapşırıq vermişdi ki, atama yaxın dayanmasın. Beləcə atam həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişdi. Biz həkimi çox sıxma- boğmaya tutduq. Nadir Xudiyev açıqladı ki, bu saat onda hər hansı bir iynə-dərman yoxdur. Həkin bildirdi ki, xəstəxanaya ayrılan iynə-dərmanı baş həkim Gülnar Abbasova rayon apteklərində satdırır. Ona görə də bizdə hansısa tibbi ləvazimat yoxdur. Nadir həkim qeyd etdi ki, baş həkim onlara deyir ki, xəstəyə iynə-dərmanı özünüz alın ya xəstənin özünə aldırın. Həmin vaxtlarda baş həkim Gülnar Abbasova Türkiyədə, Antaliyada istirahətdə idi. Nadir həkim dedi ki, məndən nə istəyirsiniz xəstəxananın iynə-dərmanlarını satıb gedib Türkiyədə istirahət edir. Gedin onun yaxasından yapışın. Atam dünyasını dəyişdikdən sonra əraziyə rayon prokurorunun köməkçisi Babək Paşayev də gəlmişdi. Onlar atamı müayinə etmədilər. Baş verən həkim səhlənkarlığı prokuror köməkçisinin gözləri qarşısında oldu. Təcili tibbi yardım məntəqəsinin həyətində yanaşı dayanmış 4-ədəd təcili yardım avtomobili var idi. Tibb bacıları bizi məlumatlandırdılar ki, bu avtomobillərin yanacaq çənlərində qram yanacaq yoxdur. Çünki yanacağı baş həkim satdırır. Tibb bacıları qeyd etdilər ki, bu avtomobillərin sürücüləri hazırda Bakıda və ayrı-ayrı yerlərdə işləyirlər. Onlar aylıq aldıqları əmək haqqlarından əlli azn baş həkimə verir və adları işdə gedir, özləri isə işə gəlmirlər. Mənim atam 1988-ci ildən Axcp-nin üzvü idi. Çox prinsipial adam idi. Heç zaman haqsızlıqla barışmazdı. Rayon rəhbərliyi həmişə atamdan ehtiyat edirdi. Adamın ağlına min cür fikir gəlir. Bəlkə atama elə buna görə yardım etmədilər ki, ölsün, onun əlindən canları qurtarsın. Biz cumhuriyyət. az olaraq həmin dövrdə bu qeyd edilən fikirləri dərc etmişdik. Ancaq bu günlərdə yenidən həmin ünvana çağırıldıq.

Müsahibimiz Bəhruz Aslanov qeyd etdi ki, atasının ölüm işi ilə bağlı dövlət başçısına, birinci xanıma, respublikanın baş prokuroruna, səhiyyə nazirinə və bir sıra istintaq orqanlarına müraciət ediblər. Bu yaxınlarda rayon maliyyə idarəsi xəstəxanada yoxlama apardı və bizim iştirakımızı təmin etmədilər. Buna görə biz maliyyə nazirliyinə müraciət etdik. Maliyyə nazirliyinin əməkdaşları bizim iştirakımızla rayon xəstəxanası və təcili tibbi yardım məntəqəsində yoxlama apardılar. Yoxlamanın sonunda məlum oldu ki, atamı tibbi yardım məntəqəsinə apardığımız vaxt orada növbətçi həkim və sürücülər yerində olmayıb, avtomobillərin yanacaq çənlərində yanacaq olmayıb, eləcə də Nadir Xudiyevin qeyd etdiyi kimi yardım etmək üçün məntəqədə hər hansı dəva-dərman olmayıb. Sübut olundu ki, xəstəyə yardım üçün çağırışa gəlməmək olduqca ciddi qanun pozuntusudur. Baxmayaraq ki, bu məsələ tam sübuta yetirilmişdir. Ancaq rayon prokurorluğu başda prokuror köməkçisi Babək Paşayev olmaqla bu işin ört-basdır olunmasında maraqlıdır. Əvvəla rayon prokurorluğu bu işə görə xəstəxananın baş həkimi Gülnar Abbasovadan külli miqdarda rüşvət alıb. İkincisi Babək Paşayevin həyat yoldaşı deyilən bir şəxsin xəstəxanada həkim işlədiyi üçün onun bu obyekti mühafizə elədiyi bildirilir. Maliyyə nazirliyinin əməkdaşları xəstəxanada xeyli qeyri-qanuni işlər aşkarladıqlarına görə daha böyük yoxlamalara başladılar. Burada məzuniyyət fırıldaqları, analıq məzuniyyətləri fırıldaqları, tabellərə işçilərin imza etməməsi maliyyə yeyintisi və sair qanunsuzluqlar aşkarlandığı üçün hazırda da yoxlama davam edir.

Baş həkim Gülnar Abbasova hazırda hər bir sıravi tibb işçisindən, texniki işçidən 100-150, şöbə müdirlərindən 2000-3000 min manat pul yığmağı tapşırıb. Mən qeyd etmək istəyirəm ki, Ağdam rayon prokurorluğu atamın ölüm işini ört-basdır etmək üçün işə xitam verib. Bu məsələdə icra başçısı Raqub Məmmədovun da rolu var. Çünki baş həkim hər ay icra başçısına külli miqdarda rüşvət verir. Hazırda Gülnar Abbasova milli məclisə Ağdam seçki dairəsindən namizədliyini irəli sürüb. Başa düşə bilmirəm ki, Gülnar Abbasova hansı üzlə bunu edir?Xəstəxananın pulunu mənimsəyən, xəstələrin dərmanlarını, ərzağını satmaqla imkan sahibi olan, xəstə, əlacsız durumda qalan şəxslərin həyatına biganə qalan bir şəxs, deputat olacağı təqdirdə Ağdam əhalisinin qeydinə necə qala bilər?Mən üzümü dövlət başçısı cənab İlham Əliyevə tutub səslənirəm. Cənab prezident, mənim atamı həkimlər öldürdülər. Atama yardım etmədilər. Cənab prezident, Ağdamda başda icra başçısı Raqub Məmmədov olmaqla hər bir məmur xırtdəyinə kimi rüşvətin, korrupsiyanın içərisindədir. Cənab prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələdə bizim ailəyə yaxından köməklik edəsiniz. İmkan verməyin ki, qanunları ayaqaltı edən Ağdam prokurorluğu atamın qanını batırsınlar. Sizə inanır və sizdən kömək gözləyirəm.
Elçin İsmayilli. Cumhuriyyət. az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34461

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031