Azərbaycanlı nazirlərin təhsilləri -SİYAHI

12.10.2015 - 11:33

telebeTrend azərbaycanlı nazirlərin hansı ali təhil müəssisələrini bitirdiyini araşdırmağa çalışıb. Araşdırma nəticəsində məlum olub ki:

Müdafiə naziri, general-polkovnikZakir Həsənov1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib.

Daxili İşlər naziri, general-polkovnikRamil Usubov1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib.

Milli Təhlükəsizlik naziri, general-polkovnikEldar Mahmudov1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Fövqəladə Hallar Naziri, general-polkovnikKəmaləddin Heydərov1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. “Azərbaycan” Universitetində ikinci ali təhsil alıb.

Vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviriFazil Məmmədov1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

Xarici İşlər naziriElmar Məmmədyarov1982-ci ildə Kiyev Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakülətəsini bitirib. Tarix elmləri namizədidir.

Energetika naziriNatiq Əliyev1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib. Geologiya-mineralogiya elmləri namizədidir.

Nəqliyyat naziriZiya MəmmədovQırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

Müdafiə Sənayesi naziriYavər Camalov1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Rabitə və Yüksək texnologiyalar naziri, akademikƏli Abbasov1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. 1981-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1996-cı ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

İqtisadiyyat və Sənaye naziriŞahin Mustafayev1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziriSəlim Müslümov1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini bitirib. 1987-ci ilin noyabrında namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. İqtisad elmləri doktorudur.

Kənd Təsərrüfatı naziriHeydər Əsədov1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

Ekologiya və Təbii Sərvətlər naziriHüseynqulu Bağırov1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt professoru vəzifəsində çalışıb. Tarix elmləri doktoru, professordur.

Maliyyə naziriSamir Şərifov1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, magistr dərəcəsi alıb.

Təhsil naziriMikayıl Cabbarov1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Səhiyyə naziriOqtay ŞirəliyevAzərbaycan Dövlət Tibb Universitetini bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur.

Ədliyyə naziriFikrət Məmmədov1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Mədəniyyət və Turizm naziriƏbülfəs Qarayev1978-ci ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib.

Gənclər və İdman naziriAzad Rəhimov1986-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031