Atatürk-Rəsulzadə qarşıdurması

Belə ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk
Məhəmməd Əmin Rəsulzadənin Almaniyada nəşr etdirdiyi “İstiqlal”
qəzetinin Türkiyəyə girməsini qadağan edib.
Qəzetin Türkiyədə yayılmasının yasaqlanması üçün çıxan bu qərarın
nədən, hansı məqaləyə görə verildiyi bilinməsə də, onun Türkiyədə
yayılmasının qarşısının alınması haqqında Mustafa Kamal Atatürkün imzası
ilə sənəd var. Bununla bağlı əldə edilən
sənəddə, Atatürkün imzası ilə yazılmış Qərarnamə mövcuddur. Qəraranamədə
Rəsulzadənin Berlində nəşr elətdirdiyi “İstiqlal” qəzetində Türkiyə
əleyhinə yazılar olduğuna görə, onun Türkiyədə yayılması qadağan olunub:
Qərarnamədə deyilir: “Türkiyə sərhədlərindən çıxarılan Rəsulzadə Məhəmməd Əmin bəy
tərəfindən Berlində nəşr olunan “İstiqlal” qəzetinin ölkəmiz əleyhinə
zərərli yazılar yazdığı anlaşıldığından, Mətbuat Qanununun 50-ci
maddəsinə görə, Türkiyəyə girməsinin qarağan olunması; Daxili İşlər
Vəkilliyinin 3.10.1934 tarix və 580 saylı məktubu ilə edilən təklifə
əsasən İora Vəkilləri Heyəti tərəfindən 9.10.1934-cü ildə qəbul olunub”.
Bu qərardan sonra Rəsulzadə bir sıra Avropa ölkələrində mühacir
fəaliyyəti ilə məşğul olub. 1947-ci ildə yenidən İstanbula qayıdıb.
1949-cu ildə “Azərbaycan kültür gələnəkləri” adlı kitabı çıxan
Rəsulzadə, bundan sonra da bəzi işlər həyata keçirib.
Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib. Qeyd edək
ki, “İstiqlal” qəzeti 1932-ci ildən ayda 3 dəfə olmaqla çap edilirdi.
Qəzet 1934-cü ildə fəaliyyətini dayandırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3562