İlham Əliyevin ASAN yalanı
hakimiyyət bir neçə dövlət qurumunda islahatlar aparmağı, yəni, onları
islah etməyi bacarmadı
hakimiyyət bir neçə dövlət qurumunda islahatlar aparmağı, yəni, onları
islah etməyi bacarmadı
Gəncə “ASAN xidmət” mərkəzinin işçiləri ilə görüşdə prezident İlham
Əliyev onlara ASAN-nın yaranmasından və analoqsuzluğundan danışıb. Bu
zaman o, bildirib ki, “ASAN xidmət” Azərbaycan məhsuludur, ixtirasıdır
və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə
edəcəklər”. Bəs ASAN” xidmət Azərbaycanda ilkdirmi?
İqtisadçı ekspert Samir Əliyev deyir ki, bu xidmət forması Gürcüstanda da var. Lakin, orada bir qədər fərqlidir, qurum bələdiyyələrin sərəncamındadır: “Vətəndaşların
müraciəti üçün bələdiyyədə xüsusi bir şöbə yaradıblar. Ora insanlar
müraciət edir. Bilirsiniz ki, əks mərkəzləşdirmə orada daha güclüdür.
Hansı ki, bu, Azərbaycanda dövlət qurumlarında, Gürcüstanda isə
bələdiyyələrdədir. çünki Gürcüstanda bələdiyyələr real hakimiyyət
qurumudur. Ona görə də bələdiyyələrdə bu qurum büro kimi yaradılıb.
Vətəndaşlar büro vasitəsi ilə oraya müraciət edirlər və problemlərini
həll edirlər”.
Samir
Əliyev deyir ki, “ASAN xidmət” fəaliyyətinə görə tam şəkildə olmasa da,
Gürcütsandan götürülmüş idadır: “Sadəcə olaraq Azərbaycanlaşması o
baxımdandır ki, burda sırf dövlət qurumlarına xidmətlərdən söhbət gedir.
Digər ölkələrdə bizdəki qədər dövlət qurumlarının xidməti yoxdur. Başqa
ölkələrdəki bələdiyyə xidmətlərini bizdə çeviriblər bu şəklə və ASAN
xidməti yaradıblar. Bu baxımdan analoqu olmaya bilər. Ancaq, başqa
nöqteyi-nəzərdən bu yeni bir şey deyil”. Əgər ayrı-ayrı dövlət strukturları işini yaxşı görürsə ASAN xidmətə nə ehtiyac?
Ekspert
deyir ki, “ASAN xidmət”də söhbət mərkəzləşdirilmiş xidmətdən gedir.
Pəncərə sistemidir: “İnsanlar bir ünvana müraciət edirlər. Problemdən
asılı olmayaraq. “ASAN xidmət”də ya bu işi həll edirlər, ya da müvafiq
yerlərə yönləndirirlər. İnsanların minlərlə problemi var. Ancaq onlar
hara müraciət edəcəklərini bilmirlər. Ancaq, “ASAN xidmət” olduqda
onların ilkin müraciət edəcəyi bir yer olur. Ümumilikdə mənim yanaşmam
fərqlidir. Hesab edirəm ki, yerli idarəetmə qurumlarına səlahiyyət
verilməlidir. Yəni, dövlət qurumlarının səlahiyyətləri bələdiyyələrə
verilməlidir. Məhz, bələdiyyə qurumları “ASAN xidmət”in işini həyata
keçirməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli
isə deyir ki, “ASAN xidmət”in yaranmasının yeganə səbəbi odur ki,
hakimiyyət bir neçə dövlət qurumunda islahatlar aparmağı, yəni, onları
islah etməyi bacarmadı: “Ona görə də paralel strukturlar yaratdı. “ASAN
xidmət” özü də paralel strukturdur. Çünki orada görüləcək işlərin digər
dövlət idarələrində də paralel görülməsi prosesi hələ də davam edir.
“ASAN xidmət”in yuristiksiyasına daxil olmayan bölgələrdə həmin
xidmətləri hələ də dövlət, hökumət orqanları həyata keçirir. Sadəcə,
hakimiyyət anladı ki, ciddi narazıçılıqlar var. Bu narazıçılıqlar məişət
korrupsiyası, kargüzarlıq, sənəd işləri, arayışların alınması və s. ilə
bağlı idi”.
Natiq
Cəfərli hesab edir ki, “ASAN xidmət” hökumətin PR-na xidmət etdi ki,
guya hökumət müəyyən islahatlar aparır. Ekspert “ASAN xidmət”in
yaradılması pozitiv addım kimi dəyərləndirərək qurumunbir çox işlərin
asanlıqla və sürətlə gördüyünü dedi. Onun fikrincə, bu həm də hökumətin
etirafı idi ki, müxtəlif hökumət və dövlət orqanlarında islahatların
aparılması mümkün deyil, “ASAN xidmət”i də yaratmaqla dövlət orqanlarına
paralel bir qurum yaratdılar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3588