Kəmaləddin Heydərovun “Qurdlar vadisi” ssenarisi
“Fövqəlnazir” Necati Şaşmazdan siyasi
xahişdə bulunub
“Qurdlar
vadisi”nin növbəti seriyalarında proseslərin bir qisminin də Azərbaycanda
cərəyan ediləcəyi gözlənilir. Bu anonsu artıq 10-cu ildir davam edən serialın
baş qəhrəmanı Polad Alemdar filmin yanvarın 23-də axşam saatlarında Türkiyənin
ATV kanalı ilə nümayiş etdirilən sayca 213-cü seriyasında verib. O, serialın
digər qəhrəmanı olan “Kara” ilə söhbətində sonuncunun “bəs bundan
sonra Türkiyədə nə edəcəyik, nə işlə məşğul olacağıq” sualına belə cavab verib:
“Heç nə. Bu dəfə Azərbaycana gedəcəyik, qardaş ölkəyə. Orada bizim
təşkilatın bir üzvü öldürülüb axı…”
Filmin
sözügedaən seriyasında Karanın Bakıya gəlişi səhnəsindən bir fraqment
göstərildi. O, Azərbaycana öz adamlarından biri ilə görüşmək üçün gəlir. Lakin
görüşəcəyi sirli adamı Bakıda ölü vəziyyətdə tapır. Elə meyitin yanındaca iki
silahlı tərəfindən həbs olunan Karanın Bakıdakı sonrakı macəralarını çox güman
ki, filmin növbəti seriyasında izləmək mümkün olacaq…
Qeyd
edək ki, filmin ötən seriyalarında da Azərbaycanla bağlı məqamlar yer almış və
böyük maraq doğurmuşdu. Türkiyənin istehsal etdiyi və bütün türk-İslam
arealında maraqla seyr edilən “Kurtlar Vadisi” serialı yenə Azərbaycana
xüsusi diqqət ayırıb. Bundan əvvəl də serialda Azərbaycanla bağlı məsələ – Türk
Dərin Dövlətinin rəhbərlərindən (“İxtiyarlar”) birinin azərbaycanlı olması
səhnələşdirilmişdi. Hətta Dərin Dövlətin yeni ağsaçlısı – rəhbəri Polad
Ələmdarla azərbaycanlı “İxtiyar”ın kiçik dialoqu da filmə salınmışdı.
Azərbaycan mediası bu məqamı günlərlə yayınladı.
Serialın
3 oktyabr tarixli yayımı isə əsil sensasiya sayıla bilərdi. Burada Polad
Ələmdarın ən yaxın adamı Abdulhey Çoban Türkiyə Dərin Dövlətinin əsas
simalarından olan “Hoca” ilə Azərbaycanla bağlı indiki siyasi məqama dair
söhbət edirdilər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun prototipi
sayılan “Hoca” Abdulheyə deyir ki, Azərbaycan iqtidarı Rusiyanın
hazırladığı “Milyarderlər İttifaqı” təxribatının qarşısını ala bilsə də,
lakin təhlükə yenə də davam edir. “Hoca” sözünə davam edərək, həm də
Türkiyə Dərin Dövlətinin mövqeyini ortaya qoyurdu – Azərbaycandakı seçkidə
indiki yönətimə dəstək verilsin.
Geniş
seyrçi kütləsinə, eləcə də Azərbaycan auditoriyasına da təsir gücü olan bu cür
reytinqli serialda Azərbaycanın daxili siyasətinin açıq bir mətnlə
səhnələşdirilməsi qətiyyən təsadüfə oxşamır. Görünən budur ki, Azərbaycan
iqtidarı filmin prodüserlərinə hər hansı bir vasitə ilə “yol tapıb” və
“Kurdlar vadisi”ni siyasi reklam məlzəməsinə çevirməyi bacarıb.
Hakimiyyət
içində baş verənlərdən tam məlumatlı olan mənbənin “Yeni Cumhuriyyət”ə dediyinə
görə Milli Şuranı parçalamaq planı fiaskoya uğradıqdan sonra hakimiyyət ciddi
narahatçılıq keçirməyə başlayıb. Müxalifətə qarşı planın alınmaması fonunda
Ukranadakı hadisələr isə bu narahatçılığı daha da artırıb. Mənbəmiz həmçinin
onu da bildirir ki, siyasi müstəvidəki gedişlərin maliyyə dəstəkçisi və buna
məsul şəxs Fövqəladə Hallahr Naziri Kəmaləddin Heydərov imiş. K.Heydərov da
komandaya və ən əsası birincə şəxsi tam arxayın edərək müxalifətlə məsələnin
birdəfəlik həll ediləcəyinini, rejimə qarşı olan etirazların daxili intiriqaya
yönəldilməsini və nəhayətdə içtimaiyyətin müxalifəti qınayaraq ondan üz
döndərməsini vəd edib: “Bunun üçün böyük vəsait ayrılıb və “fövqəlnazir” hakim
komanda daxilində mövqelərini mıhkəmlətməyi nəzərdə tutub. Amma plan baş
tutmadı. K.Heydərov bu dəfə hakimiyyətə başqa bir hədiyyə rtmək niyyətindədir.”
Qəzetimizə danışan mənbə bildirir ki, Azərbaycan məsələsinin “Kurtlar
Vadisi” serialında yer alması şəxsən fövqəladə hallar naziri Kəmaləddin
Heydərovun təşəbbüsü və iştirakı ilə baş tutub. FHN şefinin Polad Ələmdar –
Necati şaşmazla özəl münasibətlərinin olması, onların hətta ortaq biznes
yaratmaq istəkləri haqda buna qədər də mediada xəbərlər yayılmışdı. Amma
“fövqəlnazirin” populyar aktyora bu dəfəki müraciəti sırf siyasi
səbəblərlə bağlı olub. Mənbəmizin sözlərinə görə “Kurtlar vadisi”
serialında çox kiçik bir səhnə üçün böyük miqdarda vəsait də ödənilib. Amma
növbəti seriallarda Azərbaycan məsələsinə daha geniş yer veriləcəyi və
hakimiyyətə dəstək, simpatiya mesajları göndəriləcəyi gözlənilir. Mənbəmiz
sözlərinə görə,”fövqəlnazir”in şəxsən Necati Şaşmazdan filmdə Polad Alemdarın
dilindən “Azərbaycan rəhbəri İlham Əliyev Türk Dünyası üçün önəmli adam, ona
basqılar çox və Türkiyənin bu liderə dəstək verməsi lazım” fikrinin işlənməsini
xahiş edib.
Elçin
Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=3626