Heydər Əliyev Qambay Məmmədovu necə məhv etdi?

26.01.2014 - 01:17

“Respublikada işlərin vəziyyətinə yaxşı bələd olduğuma görə bildirirəm
ki, hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki,
Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan
yoxlanılmadan verilmişdir.”

“Q.Məmmədov məcburiyyət qarşısında respublikanı tərk etməli oldu. Ona
qarşı respublika rəhbərliyinə daxil olmuş imzasız məktublar əsasında Azərbaycan
SSR Prokurorluğunda 124 epizod üzrə cinayət işi qaldırıldı”

“Respublikada işlərin vəziyyətinə yaxşı bələd olduğuma görə bildirirəm
ki, hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki,
Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan
yoxlanılmadan verilmişdir.”

“Q.Məmmədov məcburiyyət qarşısında respublikanı tərk etməli oldu. Ona
qarşı respublika rəhbərliyinə daxil olmuş imzasız məktublar əsasında Azərbaycan
SSR Prokurorluğunda 124 epizod üzrə cinayət işi qaldırıldı”

(Əvvəlini
burdan oxuya bilərsiniz http://www.cumhuriyyet.net/sonxeber/3580-heyder-eliyevin-repressiya-siyaseti.html)

 

Qambay Məmmədov cəsarəti: Rəyasət
Heyətində oturan Heydər Əliyevə açıq hücum!

 

Respublikanın baş prokuroru
Q.Məmmədovun fəaliyyətindən şübhələnən Heydər Əliyev öz hakimiyyətini qorumaq
üçün respublika prokurorluğunu hədəfə götürdü. Q.Məmmədova yaxın olan
respublika prokurorluğunun idarə müdirləri: Ibrahim (Saşa) Babayevlə İsgəndər
(Izlk) Quliyev Heydər Əliyevin qəzəbinə tuş gəlirlər. Təcili olaraq onlara
qarşı ağır ittihamlarla cinayət işi saxtalaşdırılır. Guya onlar milyonlar
qazandıran gizli sexlərin təşkilatçılarıdırlar. Onlar küllü miqdarda dövlət
əmlakını mənimsəyiblər. Tələm-tələsik keçirilən məhkəmə onlara ölüm hökmü
kəsir. SSRI Ali Məhkəməsinin üzvləri ittihamların dəlilsizliyinə məətəl
qalırlar və həddən artıq şübhəli görünən bu işə xitam verməyin zəruri olduğunu
bildirirlər. Bununla əlaqədar SSRI Ali Məhkəməsinin sədr müavini Y.A.Smolentyev
hökmdən protest verir ki, yenidən tələsmədən obyektiv şəkildə yoxlama
aparılsın. Lakin SSRI Ali Məhkəməsi tərəfindən verilən protestə heç bir məhəl
qoyulmadan hökmün SSRI Ali Soveti tərəfindən təsdiqini gözləmədən hökm icra
olunur – I.Babayevlə I.Quiyev güllələnirlər.

O
dövrdə respublikanı zirvəli, albayraqlı edən əzəmətli yalanların üstünü nəinki
təsərrüfat və idarə rəhbərləri aça bilərdilər, hətta hüquq-mühafizə
orqanlarının rəhbərlərinə də bu məsələlərə qarışmaq qadağan edilmişdi.
Danışanın dili kəsilirdi. Bütün bunları respublikanın sabiq baş prokuroru
Qambay Məmmədovun 1978-ci ilin dekabrında Ali Sovetin sesiyasındakı çıxışından
və sonra onun başına nələr gətitrildiyindən görmək olar.Sessiyaya
sədrlik edən xalq şairi Süleyman Rüstəm müzakirələrin qurtardığını elan etdi.
Ssenari əsasında çıxış edənlərin hamısı Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyevi “millət atası” adlandırıb, bəytərifi söylədilər. Respublikanın
baş prokuroru, deputat Q.Məmmədov replika üçün söz istədi. Qabaqcadan tərtib
olunmuş ssenaridə Q.Məmmədovun çıxış etməsi nəzərdə tutulmadığından, sədr ona
söz vermədi. Bu vaxt Q.Məmmədov tribunaya qalxıb, dedi:“Deputatlara bildirmək
istəyirəm ki, respublika prokuroru kimi mən 1971-ci ildən etibarən rəhbər
orqanlara, yəni Azərbaycan KP MK-ya, respublika Ali Sovetinin Rəyasət Heyətinə
və Nazirlər Sovetinə, şəxsən Heydər Əliyev yoldaşa respublikada istər kənd
təsərrüfatı sahəsində, istərsə də sənayedə dövlət əleyhinə iri miqyaslı əməllər
haqqında müntəzəm olaraq yazılı məlumat vermişəm. Lakin bizim məlumatlarımızın
heç biri barədə müvafiq tədbir görülməmişdir. Buna baxmayaraq, mən dəfələrlə –
1976-cı il dekabrın 15-də, 1977-ci il aprelin 12-də və 21-də, sentyabrın 16-da
– Azərbaycan KP MK bürosunun üzvlərinə və Təftiş Komissiyasının sədrinə məktub
yazaraq, respublikadakı işlərin vəziyyəti haqqında əlavə məlumat vermək və
müvafiq tədbirlər görmək üçün qəbul olunmağımı xahiş etmişəm. Məni qəbul edib
dinləsinlər.

Lakin
məni əslində heç kəs qəbul etməmişdir. Respublikada işlərin vəziyyətinə yaxşı
bələd olduğuma görə bildirirəm ki, hər yerdə təriflənən nailiyyətlərin
doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycana bütün mükafatlar respublikada
işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilmişdir.”

 

Sıraya düzülən məddahlar: xalq yazıçıları və rayon birinci katibləri

Məlum çıxışdan sonra Q.Məmmədovu
susdurmaq üçün 17 deputat çıxış etdi. Onlardan bəzilərinin çıxışını aşağıda
təqdim edirik:

Respublika
Ali Soveti Rəyasət Heyətinin sədriQ.Ə.Xəluilov:“Sizə yaxşı məlumdur ki,
Azərbaycan əməkçiləri çox böyük ruh yüksəkliyilə işləyir, dövlət planını, qəbul
edilmiş sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirməyə çalışırlar
(aslqışlar). Bu yaxınlarda Bakıda keçirilmiş təntənəli yığıncaqda Sov.IKP
MK-nın Baş katibi, SSRI Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Iliç Brejnev
yoldaşın 8 il ərzində respublikanın qazandığı müvəffəqiyyətlərə görə
Azərbaycanın partiya təşkilatına, bütün zəhmətkeşlərinə verdiyi qiymətdən
yüksək nə ola bilər (alqışlar)? Biz Heydər Əliyev yoldaşın xidmətlərini xüsusi
qeyd edirik (gurultulu alqışlar)… Mən belə hesab edirəm ki, Məmmədov
fitnəkarlığa əl atır və sessiyamızın işinə mane olmağa cəhd göstərir (gurultulu
alqışlar). Mərkəzi Statistika Idarəsinin məlumatına şübhə eləmək fitnəkarlıqdan
başqa bir şey deyildir… Heç bir fitnəkarlıq bizim işimizə mane ola bilməz
(Gurultulu alqışlasr).”

Heftçala
Rayon Partiya Komitəsinin 1-ci katibiİ.Qurbanov:“Respublikamızın indiki qələbəsinə Leonid Iliç Brejnevin özünün
qiymət verdiyi bir vaxtda Məmmədov yoldaşın çıxışı bizi qəzəbləndirir… Mən belə
hesab edirəm ki, bugünkü iclasın qərarı ilə Məmmədov deputatlar sırasından geri
çağırılmalıdır.”

Mirbəşir
(indiki Tərtər) Rayon Partiya Komitəsinin 1-ci katibiC.Məmmədov:“Bizim respublikamızda hələ heç vaxt Heydər Əliyev kimi rəhbər
olmamışdır (alqışlar)… Respublikamız əla müvəffəqiyyətlər qazanmışdır
(gurultulu alqışlar)… Təklif edirəm ki, Məmmədov kimi adamlar gələcəkdə heç
vaxt bu cür məclislərdə iştirak etməyə buraxılmasın (alqışlar).”

Bərdə
Rayon Partiya Komitəsinin 1-ci katibiR.Səfərəliyev:“Azərbaycan partiya təşkilatının müvəffəqiyyətləri yalnız
vətənimizin sədaqətli oğlu Heydər Əliyev yoldaşın rəhbərliyi sayəsində mümkün
olmuşdur (Gurultulu alqışlar). Belə bir zamanda böhtançı Məmmədov partiyamızın
liderinin işimizə bu cür yüksək qiymət verdiyini görmək istəmir. Böhtançı
qovulmalıdır! (Gurultulu alqışlar)”.

Azərbaycanın
xalq yazıçısıSüleyman Rəhimov:“Qambay sadəcə olaraq ağlını itirib. Qambay, sən kimin
əleyhinəsən? Əgər allaha inansaq, deyə bilərik ki, qarşımızdakı Heydər
Əliyeviçin simasında allahın özüdür. Xalqımıza bu cür igid oğlu allah özü bəxş
edib (Gurultulu alqışlar)..”

Azərbaycanın
xalq yazıçısıMirzə Ibrahimov:“Bu respublikada sükançı olmaq və gəmini düzgün sürmək çox böyük
istedad tələb edir. Bu keyfiyyətlərin hamısına malikdir bizim əziz, bizim
ürəkdən sevdiyimiz… (arası kəsilməyən, sürəkli alqışlar. Hamı ayağa qalxır).”

 

Qambay Məmmədov sürgün edilir

 

Bu
çıxışlardan sonra, təbii ki, Q.Məmmədov Heydər Əliyevin qəzəbinə tuş gəlməli
idi. Q.Məmmədova qarşı ittihamlar tərtib olundu və birincisi belədir:“Məmmədov məsuliyyət hissini
itirərək pislənmiş yola – prokurorluq orqanlarını partiya orqanlarına qarşı
qoymaq yoluna düşmüşdür.”
Q.Məmmədov partiyadan da xaric edildi.
Onun partiyadan xaric edilməsi haqqında qərarda işlədilmiş bu ifadəyə də diqqət
yetirin:“…məsul partiya işçilərini şantaj etmiş, onların adına ləkə yaxan
materiallar toplamışdır. O, Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci
katibi Boris Gevorkov yoldaş və Sumqayıt şəhər Partiya Komitəsinin keçmiş
birinci katibi Kamran Bağırov yoldaş barədə bu cür hərəkətlərə yol vermişdir.”
(O
biri fəsillərdə B.Gevorkovla K.Bağırovun Azərbaycanın dövlətçiliyinə və
Azərbaycan xalqına qarşı düşmənçilik əməlləri ilə tanış olduqdan sonra,
oxucular Q.Məmmədovun nə qədər uzaqgörən, vətənini və xalqını sevən bir adam
olduğunu görəcəkdir. Allah ona rəhmət eləsin.)

Q.Məmmədov məcburiyyət
qarşısında respublikanı tərk etməli oldu. Məşhur
çıxışından bir neçə gün sonra onun Gürcüstana, ordan Leninqrada getdiyi
bildirilir. Bəzi məlumatlara görə, o, bir müddət Leninqrad şəhər Partiya
Komitəsinin 1-ci katibi, o vaxtlar Heydər Əliyevlə kəskin münaqişədə olan
Romanova sığınır. Qambay Məmmədov rus mətbuatına müsahibələrindən
birində deyirdi ki, diabet xəstəsi olduğundan Bakıda onu nə gözlədiyini
bilirdi. Çıxışından dərhal sonra insulin vurdurduğu xəstəxanaya ona tibbi
xidmət göstərməyi qadağan edirlər. Bundan sonra iynələrini başqa yerdə vurdurub
ölkəni tərk edir. Keçmiş prokuror 80-ci illərdə “Literaturnaya qazeta”ya
şikayət göndərir, Azərbaycan rəhbərliyinin işinin araşdırılmasını istəyir.
Ancaq Bakıya gələn komissiyalar heç nə tapmırlar. Komissiyanın rəhbəri
gələcəkləri barədə məlumatı əvvəlcədən Heydər Əliyevə çatdırdığından,
arxivlərdən onun haqqında materiallar yığışdırılır.

Q.Məmmədova qarşı respublika rəhbərliyinə
daxil olmuş imzasız məktublar əsasında Azərbaycan SSR Prokurorluğunda 124
epizod üzrə cinayət işi qaldırıldı. Yalnız yeddi ildən sonra SSRI prokurorluğu
uydurma ittihamlar, şayiələr, qiybət və yalan söz-söhbətlər əsasında tərtib
edilmiş bu cinayət işinə Q.Məmmədovun hərəkətlərində heç bir cinayət tərkibi
olmadığına görə xitam verdi.

Cəlal Əliyevin təkzibi və ona cavab

A.Vaksberqin 21 sentyabr
1988-ci ildə “Literaturnaya qazeta”da dərc etdirdiyi “Gurultulu alqışlarla”
oçerkinin Azətrbaycan dilində təcrüməsi 9 oktyabr 1988-ci ildə “Kommunist”
qəzetində dərc olunan günün səhəri Heydər Əliyevin qardaşı Cəlal Əliyev
tərəfindən redaksiyaya onun bu oçerklə bağlı “Literaturnaya qazeta”ya
göndərdiyi rəylə birlikdə kiçik bir məktubu da daxil olur. O, oçerkin müəllifi
A.Vaksberqlə qətiyyən razılaşmır. Qambay Məmmədov barəsində o vaxt sessiyada
deyilənlərə haqq qazandırır, Əliyevlər ailəsinin tənqid olunmasına qətiyyətlə
etiraz edir. Məktubda isə sosial ədalətin bərpa olunmasına öz münasibətini
bildirir. Redaksiya onun öz dəsti-xəttilə yazdığı məktubu nöqtə-vergülünə qədər
olduğu kimi dərc etmişdir.

“Natəmiz
adamlara qulluq göstərərək 9 oktyabr 1988-ci ildə dərc etdiyiniz böhtanlara
cavabı, əgər “qlasnost” yuxarıdan göstərişlə deyilsə (?!), qəzetinizin
səhifələrində dərc etməyinizi xahiş edirəm. Cəzalanmış pozğun adamların
vasitəsilə Azərbaycan xalqının layiqli nümayəndələrini, nəsilləri tərbiyə etmiş
ağsaqqallarını nahaqdan ləkələyərək təhqir etməklə xalqı məhv etmək məqsədi
daşıyan, respublikada aparılan 88- repressiyasına nökərlik edənlərə ar
olsun!Akademik Cəlal Əliyev.”

Akademik C.Əliyevin bu
məktubuna “Kommunist” qəzetinin əməkdaşı Rəfail Nağıyev qəzetin 30 oktyabr
1988-ci il 252-ci sayında “Qərəz çaşqınlığı” adlı yazısı ilə belə cavab
vermişdir: “Natəmiz adamlar”, “qulluq göstərənlər”,
“pozgun adamlar”, “ləkələmək”, “təhqir etmək”, “məhv etmək”, “nökərlik etmək”…
Nə qədər tanış ifadələrdir! Gurultulu alqışlar dövründə, yəni yetmişinci
illərdə tribunalardan çox eşitmişik. Və bu sözlər deyiləndən dərhal sonra bəzilərini
işdən çıxarmışlar, bəzilərini partiyadan xaric etmişlər, digərlərini hətta
tutub həbsxanalara salmışlar. İndi də “88-repressiya” kəlməsinin üstünə gələk.
Adam mat qalır – doğrudan da “adımı sənə qoyaram, səni də yana-yana!” Gör
repressiyadan kim danışır?! Eh, akademik, akademik, əgər cəza tədbirlərindən
söhbət açılmasını istəyirsinizsə, mən saysız-hesabsız misal gətirə bilərəm,
amma onlar, təbiidir ki, sizin və qohumlarınızın, yaxın adamlarınızın,
qulbeçələrinizin at çapıb çövlan etddikləri illərə aid olacaq. Əlbəttə, bütün
hadisələri araşdırmayacağam (buna dərin tədqiqatlar, cild-cild kitablar
gərəkdir), yalnıız şahidi olduğum əhvalatlardan bəhs edəcəyəm.

Qambay
Məmmədovun nələr çəkdiyi barədə “Gurultulu alqışlar” oçerkində, zənnimcə,
kifayət qədər geniş danışılmışdır. Amma qohumlarının da başına gətirilən
müsibətləri xatırladım.

Məşhur
sessiya əhvalatından cəmi üç ay sonra bacısının əri Vəli Əliyevi tutdular.
Ağcabədi rayonundakı Xocavənd kəndində yaşayırdı. 40 il müəllim işləmişdi, üç
il idi ki, pensiyaya çıxmışdı. On iki il iş kəsdilər, yeddi il yatdı, bu dərdə
dözməyib öldü. Vəli müəllimin oğlanlarına divan tutdular. Oğlu Təyyarın
əleyhinə cinayət işi qaldırıldı, məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum
etdi, ikinci oğlu Vaqifi milis orqanlarından, üçüncü oğlu Nizamini Maliyyə
Nazirliyindən, döçrdüncü oğlu Səyyarı Şuşadakı sənaye kombinatından qovdular,
əsgərlikdə partiyaya qəbul olunmuş beşinci oğlu Mehrini Sov.IKP sıralarından
xaric etdilər. Keçmiş respublika prokurorunun Şuşa istirahət evində həkim
işləyən qardaşı oğlu Mənsuru oradan uzaqlaşdırdılar. Ümumiyyətlə, onun təqribən
20 qohumunu sözün əsl mənasında yaman günə saldılar. Repressiyadan danışan
yoldaş, yəqin ki, xəbəriniz var: otuz yeddinci ildə də belə hərəkət edirdilər…

Heç
vaxt yadımdan çıxmayacaq. Yevlaxda pambıqçılıq rayonları rəhbərlərinin zona
müşavirəsi keçirilirdi. Heydər Əliyev danışırdı – həmişəki kimi partiya
təşkilatlarının vəzifələrindən bəhs etməklə yanaşı, sırf təsərrüfat
məsələlərinə toxunurdu. Pambıq kollarının yarpaqlarını dərmanlarla tökdürmək
qaydalarını şərh edən yerdə qəflətən dayandı, nə fikirləşdisə səsləndi: “Yevlax
apteklər birliyinin rəisi Əyyub Mirzəyev qudurub, ondan çoxlu şikasyət gəlir,
dərsini vermək lazımdır”. Yanımda rayonun bir nümayəndəsi əyləşmişdi. Təeəccüblə
ona baxdım. Qulağıma pıçıldadı: “Qambay Məmmədovun qohumunu deyir”. Iki gün
keçməmişdi ki, birliyin rəisini vəzifəsindən azad etdilər, uçot vərəqəsinə
yazmaqla şiddətli töhmət elan etdilər. Təbiidir ki, cinayət işi
açdılar, istintaqa başladılar…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031