Xoşqədəm yeni verliş açır – VİDEO

04.11.2015 - 02:35

xosu2Məşhur aparıcı Xoşqədəm Hidayətqızı efirə geri qayıdır. Aparıcı yeni layihəsi olan “Deməsək olmaz” verilişi haqda danışıb: “Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Düzdür bir az dincəldik (gülür), çünki kollektiv bütün yayı “Səni axtarıram” verilişinə görə demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq.”

Xatırladaq ki, MTRŞ-nın bu ilin sentyabrda keçirilən iclasında Xoşqədəm Hidayətqızının “ANS” televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən – 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi(Ans).

Short URL: http://www.cumhuriyyet.net/?p=37459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930