Azərbaycanda müəllimlərlə bağlı yeni qaydalar

04.11.2015 - 11:21
imtahanAzərbaycanda bilik və bacarıqlarının qiymətləndirilməsi üzrə imtahanlarda iştirak edən müəllimlərin imtahandan xaric və nəticələrin ləğv edilə bilməsi halları açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, “Müəllimlərin bilik və bacarıqlarının imtahanlarında iştirakçıların davranış qaydaları”na əsasən, müəllimlər imtahana gələrkən özləri ilə qələm və şəxsiyyət vəsiqələrini gətirməli, imtahan nəzarətçilərinin təlimatına uyğun olaraq imtahan keçirilən binaya daxil olmalıdırlar. Nazilrikdən bildirilib ki, nəzarətçilər təlimat verərkən müəllimlər imtahan keçirilən zallarda sakitliyi tam təmin etməli, bir-birilərinin təlimatı dinləmələrinə mane olmamalıdırlar.
Qaydalara görə, müəllimlər imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar. İmtahanda iştirakçıların onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməsi, pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatları imtahanlara gətirməsi və ya istifadə edilməsi qadağandır. Imtahanda mobil telefonlar söndürülməlidir.
Nazirlikdən o da bildirilib ki, bu qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaq.
Xatırladaq ki, noyabrın 28-29-da Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 4-6-da Masallı və Cəlilabad rayonundan olan müəllimlər Masallı Olimpiya İdman Kompleksində. dekabrın 9-12-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində, dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=37510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930