Britaniya şirkəti Qarabağa turizm səfərləri təşkil edir

04.11.2015 - 13:19

qarabaq2Böyük Britaniyanın Bristol şəhərində yerləşən “Regent Holiday” turizm şirkəti Dağlıq Qarabağa qanunsuz səfərlər həyata keçirməyi planlaşdırır.

Şirkət Dağlıq Qarabağa qrup səfərlərinin gələn il mayın 6-dan başlayacağının anonsunu verib. Səfər Ermənistandan başlayacaq və 11 günlük olacaq. Növbəti səfər isə 28 avqusta planlaşdırılır. Turistlərə İrəvandan başlayaraq Dağlıq Qarabağda Şuşa və Xankəndi şəhərlərinə səfər təklif edilir.

Şirkətin saytında Dağlıq Qarabağ “1992-ci ildə müstəqilik qazanmış, Azərbaycan daxilindəki erməni anklavı” kimi göstərilib və onun müstəqilliyinin heç bir dövlət tərəfindən tanınmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, turizm şirkəti Azərbaycana səfərlər təşkil etmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev fakta münasibət bildirərək deyib ki, XİN-in təlimatı əsasında Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin rəsmi dövlət orqanları və şirkət qarşısında bu cür fəaliyyətin qeyri-qanunu xarakter daşıdığı məsələsini qaldıracaq və bu istiqamətdə zəruri tədbirlər görüləcək (APA).

Short URL: http://www.cumhuriyyet.net/?p=37587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728