Ən yaxşısı olmaq və dövləti sevmək
Bu yaxınlarda Şahdağda komandirlərimdən biri ilə rastlaşdım. O da kövrəldi. Mən də ictimai geyimdə salam verdim, amma ikimiz də dayanmadıq qucaqlaşdıq. Məni buraxıb ah çəkdi və aramızda qısa vaxt söhbət etmədik, yəni danışmadıq, lakin bir – birimizə çox şey ifadə edirdik. O gün qəribə oldum. Bir az kövrəldim, bir az da xatirələrə daldım. Bir az da fəxr. Çünki ən yaxşı əsgər olmaq üçün hər zaman çalışmışdım. Çünki dövlətimi, xalqımı sevirdim, sevirəm və sevəcəm. Bunun üçün ən yaxşısı olmağa çalışdım.
Geri qayıdanda bakıdan Bakı-Qəsəbə (Cəbrayıl Məcburi Köçkün Qəsəbələri) ictimai nəqliyyatdan yol üstü düşəndə müəllimimi gördüm. Mirimli Mirzə – şair və müəllim. Gözəl insan, zəhmətkeş müəllim və dost. Mirzə müəllimlə qucaqlaşdıq və eyni hadisə. Hər ikimiz kövrəldik. Mirzə müəllimlə mən bir – birimizə anlatmaq üçün səbrsizliklə, bir mövzunu keçib digərindən bəhs edirdik. Övladlarından, nəvəsindən danışırdı. “Bax Vüqar bu ən kiçik nəvəm, bax bu şəkildəki böyük nəvəm, bax bu Nahidin qızı…“ bunlarla sevincini mənlə bölmək istəyirdi. Fikirləşdim mən bütün müəllimlərimi belə sevirəm. Niyə bəs? Cavab çox asan oldu – mən ən yaxşı şagird olmaq istəyirdim və çox çalışırdım. Çünki dövlətimi, xalqımı sevirdim, sevirəm və sevəcəm. Bunun üçün ən yaxşısı olmağa çalışdım. Bir müddət əvvəl oxuduğum Bakı Dövlət Universitetinə getmişdim. Vüqar, Əli, Akif, Sevinc, Könül, İlham, Nəsiman, Şamil, Şirməmməd, Cahangir və digər müəllimlərimi gördüm. Yenə kövrəldim. Əli müəllim oğul gəl otur. Sevinc müəllimə dərsdən durdu mənimlə görüşdü. İlham müəllim vardı inglis dili dərsini tədris etmişdi. Onunla da bir neçə dəqiqə söhbət etdik. Fikirləşdim mən Bakı Dövlət Universitetində bütün müəllimlərimi çox istəyirəm.
Oxuduğum müddətdə hər zaman mənə çox gözəl davranan, halal və zəhmətkeş müəllimlərimdi onlar. Axı mən onları çox istəyirəm. Səbəb eynidir. Çünki dövlətimi, xalqımı sevirdim, sevirəm və sevəcəm. Bunun üçün ən yaxşısı olmağa çalışdım. Ömrüm boyu dövlətimi və xalqımı sevdim, sevirəm və sevəcəyəm. Ulu öndər Heydər Əliyevin bir sözünü eşidəndə həmişə kövrəlmişəm. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam“. Bütün bunlar mənə göstərdi ki, Azərbaycan güclü dövlətdir və xalqımız mehriban və çox gözəl xalqdır. Bütün vətəndaşlarımıza xalqımızın və dövlətimizin yanında olmağı məsləhət görürəm. Çünki bu xalq da bu dövlət də bizimdi. Onu qorumaq da hər birimizin ən ali vəzifəsidir.
Vüqar Ağamalıoğlu Quliyev
Short URL: http://www.cumhuriyyet.net/?p=37663