Supermarket hiylələri – Sizi belə aldadırlar (VİDEO)

05.11.2015 - 12:42

marketSizin aldığınız malların sayı mağazada səsləndirilən musiqinin tempindən asılıdır. Mütəxəsisslər apardıqları araşdırma nəticəsində belə qənaətə gəıiblər. Məlum olub ki, ritmik, şən musiqilərin sədaları altında alıcılar şöbələrin arasından ətrafa baxmadan sürətlə keçirlər. Həzin musiqi olduqda isə hər şöbədə ayaq saxlayır, mallara baxır və istər istəməz onu səbətlərinə əlavə edirlər.

Mağazadan gələn xoş şirniyyat ətirləri də alıcıları aldatmağın bir yoludur. Təzə bişmiş çörək ətri və ya peçenye qoxusu duyan şəxs onları almadan mağazadan çıxmır. Xüsusilə də ac olduğu zamanlarda.

Gündəlik lazım olan çörək, süd, pendir kimi qidalar həmişə mağazalarda ən sonda yerləşdirilir. Bununla da alıcının supermarketdə daha çox gəzməsi və daha çox alış veriş etməsi üçün şərait yaradılır.

Təbii ki, mağzalarda ərzaqlar, mallar yerləşdirilən zaman azyaşlı müştərilər də nəzərə alınır. Rəngarəg şirniyyatlar, uşaqların marağına səbəb olacaq əşyalar həmişə aşağı rəflərdə yerləşdirilir. Səbəb isə balacanın həmin məhsulu götürməsi və valideynin məcburiyyət qarşısında qalıb onu almasıdı.

Alış-veriş arabalarının və səbətlərinin böyük olması da səbəbsiz deyil. Araba və səbət böyük olduğu üçün alıcı daha çox mal alaraq onu doldurmaq istəyir(Atv).

Short URL: http://www.cumhuriyyet.net/?p=37806

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728