2 mindən çox müəllimin maaşı artacaq

05.11.2015 - 12:44

muellimMüəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllimlərin 63%-i yüksək nəticə göstərib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinin ilkin təhlili aparılıb. Qiymətləndirmədə iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib:

“Ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. Təqdirəlayiq haldır ki, Qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub”.

Qeyd edək ki, Bakı şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi oktyabrın 29-dan 31-dək keçirilib. İmtahana təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunublar. Ümumilikdə, qiymətləndirilmədə 2400-dən çox müəllim iştirak edib. Bu ilin sonuna qədər respublikanın daha 12 şəhər və rayonunda diaqnostik qiymətləndirmə keçiriləcək. Növbəti ildən isə qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=37809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728