Bu saytda hər kəs öz əkizini tapa bilər – FOTOLAR

05.11.2015 - 13:56

ekiBelə bir fikir mövcuddur ki, dünyada hər bir insanın 7 əkizi var. Lakin onlar dünyanın müxtəlif hissələrinə səpələndikləri üçün, bir-biriləriylə görüşmək ehtimalları da olduqca azdır.

Bu nəzəriyyəni sübut etmək üçün, Dublindən olan 3 gənc – Nimf Jini, Gari English və Terens Manzanga Twin Strangers (Yad Əkizlər) adlı bir resurs yaratmaq qərarına gəliblər. Bu maraqlı layihədə öz əkizlərini də tapmağı bacarmış qurucular hər kəsin buna nail ola biləcəyinə inanırlar.

İlk növbədə etməli olduğunuz şey sayta fotonuzu yükləməyiniz və simanıza aid xüsusiyyətləri (üz quruluşunuz, qaşlarınızın, dodaqlarınızın və gözlərinizin forması və s.) qeyd etməkdir.

Sonra isə hər şey daha asandır. Sayt avtomatik olaraq sizə ən oxşar şəkilləri təklif etməyə başlayır. Siz onlar arasında heyrətamiz dərəcədə oxşarlığınız olan insanları tapa və onlarla əlaqə qura biləcəksiniz.


Short URL: http://www.cumhuriyyet.net/?p=37859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930