Kapital Bank rəhbəri qaçqını təhqir etdi: “Qaçqınsan, gəl boynuma min”

08.11.2015 - 16:01

kapitalLaçın rayonundan məcburi köçkün düşmüş, hazırda Şəki rayonunun Yeni Çələbixan düşərgəsində məskunlaşmış Abdullayev Əbdül Nurqələm oğlu, Kapital Bankın Şəki filialının rəhbəri Əli Orucovdan prezident İlham Əliyevə şikayət edib. Bu barədə şikayətçinin özü Cümhuriyyət.az saytına məlumat verib. Şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Laçın rayonundan məcburi köçkün duşmüş hal-hazırda Şəki rayonunun Yeni Çələbixan düşərgəsində məskunlaşmış Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən
                                                                                                       ƏRİZƏ

Hörmətli Prezident! Yazıb sizə bildirmək istəyirəm ki, 02.11.2015-ci il tarixdə sosial kartımın vaxtı bitdiyi üçün kartın veriləcəyi yer olan Kapital bankın Şəki şəhər filialına yollandım. Kartın verilməsi üçün növbə gözləyən zaman adı və vəzifəsi mənə məlum olmayan bir nəfər zalda mənə yaxınlaşaraq yüksək səslə “stroya düzül” komandasını verdi. Əlbəttə ki, kütləvi insan toplusu olan yerdə, öz təbiyətinə və tərbiyəsinə uyğun şəkildə kobudca məni təhqir etməsinə susa bilmədim. Dərhal həmin şəxsə mənim Yeni Azərbaycan partiyasının üzvü olduğum, məcburi köçkün düşmüş vətəndaşla düzgün rəftar etməsini istədim. Yenə də uca sesle “Qaçqınsan, gəl boynuma min”, “Get torpağını al” və belə hövsələdən çıxardan sözlər işlətdi. Mənim ona qarşı görəcəyim tədbirlər qanunsuz olduğu üçün susdum və evə qayıtdım. Sonradan həmin şəxsin kimliyini araşdırdım ki, bu bəy elə Kapital bankın Şəki filialının rəhbəri Orucov Əlidir.
Hörmətli Prezident! Ölkə daxilində qaçqın və məcburi köçkünlərə ayırdığınız diqqət və şərait göz önündədir. Həmçinin məmurlara mülki vətəndaşlar ilə düzgün davranmalarını dəfələrlə qeyd edib, haqqı və ədaləti bərpa etmisiniz. Ailə vəziyətim həddindən artıq aşağı olduğu üçün, yerimdən və yurdumdan didərgin düşdüyüm üçün, Kapital bankın Şəki filialının rəhbəri Orucov Əlinin təkrarən məni tənbeh və təhqir etməsi Hormetli Prezidentimiz – sizə muraciət etməyimə vadar etdi.

Cənab Prezident, sizin siyasi kursunuza arxalanaraq sizdən son dərəcə xaiş edirəm ki, ermənilər tərəfindən tapdalanmış hüquqlarımı, ölkə daxilində Orucov Əli bəy kimi harınlamış məmur tərəfindən ayaqlanmasının qarşısını almaqda köməklik göstərəsiniz”.

Cümhuriyyət.az saytı olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=38108

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728