Bulvarda bədbəxt hadisə xəbərinə rəis müavinindən SƏRT REAKSİYA

09.11.2015 - 13:39

bulvarBulvar İdarəsi Dənikənarı Parkda bədbəxt hadisənin olması ilə bağlı açıqlama verib.

Musavat.com-un məlumatına görə, noyabrın 8-də Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.

Bununla bağlı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-ın sorğusuna cavabında bu xəbərin doğru olmadığını və məsələnin araşdırılacağını bildirib: “Bulvarda belə bir hadisə, ümumiyyətlə, baş verməyib. Bu, yanlış məlumatdır. Xəbəri yayan saytla əlaqə yaratmaq istəyirdik. Sadəcə, bayram günü, qeyri-iş günü olduğu üçün xəbəri yayan saytın rəhbəri ilə əlaqə yarada bilmirik. Amma bu məsələ mütləq araşdırılacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=38255

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728