Azərbaycanlı repçilər Hadisə və Ebru Gündeşlə səhnədə – VİDEO

10.11.2015 - 11:24
sehneAzərbaycanın rep qrupu “Nəğd Pul” (Afiq Novruzov və Hilal) “O səs Türkiyə” səhnəsinə çıxıb.
Axşam.az-ın məlumatına görə, dörd məşhur mahnını remiks edərək üzərinə “Bizi tanımağınıza az qaldı” adlı rep söyləyən həmyerlilərimiz münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar. Müğənnilər Ebru Gündeş və Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs edib.
Tamaşaçıların istəyi ilə eyni mahnını ikinci dəfə ifa edən azərbaycanlı ifaçılar sonda Gökhan və Hakan Özoğuzu seçiblər.
Qeyd edək ki, Acun İlıcalının aparıcılığı ilə TV8-də yayımlanan yarışma proqramının münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan Özoğuz qardaşları oturub.
Xatırladaq ki, “O səs Türkiyə”nin keçən ilki qalibi azərbaycanlı ifaçı Elnur Hüseynov olub.

25 DƏFƏ O

Short URL: http://www.cumhuriyyet.net/?p=38370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728