Azərbaycanlılar Obama ilə yazışa bilər – İLK DƏFƏ

10.11.2015 - 11:57

obamaABŞ prezidenti Barak Obama Facebook sosial şəbəkəsindəqeydiyyatdan keçib.

Bu barədə azvision.az lenta.ru-ya istinadən xəbər verir.

“Salam, Facebook!. Nəhayət mənim də öz səhifəm oldu. Ümid edirəm ki, siz buranı öz ölkəniz qarşısında duran ən vacib problemlər barədə real söhbətləri edə biləcəyimiz məkan kimi qəbul edəcəksiniz”, – deyə ABŞ prezidenti qeyd edərək, istifadəçilərdən şərhlər yazmağı, onun səhifəsindəki mövzular barədə paylaşımlar etmələrini istəyib.

Öz şərhində Obama “planetin uşaqlar və nəvələr üçün saxlanılmasının” vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı iqlimin dəyişməsi problemini həll etmək lazımdır.

ABŞ prezidenti bu məsələni dünya liderləri ilə 30 noyabr – 11 dekabr tarixində Parisdə keçiriləcək İqlim dəyişikliyi ilə bağlı BMT-nin 21-ci Konfransında müzakirə etmək niyyətindədir.

Obama özü haqqında məlumatlarda bunları yazıb: “Oğul, ata və ABŞ-ın 44-cü prezidenti”. Artıq onun səhifəsini 593 mindən çox insan bəyənib.

Siz də bu LİNK vasitəsilə ABŞ prezidentinin şəxsi səhifəsinə üzv ola bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=38399

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728