İlham Əliyev diplomatik blokadaya alınıb

01.02.2014 - 00:55

Azərbaycan dövlət
başçısı 4 aydır ki, o Kim Çen, Bəşər Əsəd və Lukoşenko ilə bir sıradadır

Ötən 4 ay ərzində onunla görüşən və təmasda olan,
Bakıya təşrif buyuran rəsmi qonaqların siyahısı çox məhdudur

 

1993- cü ildə Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın
xarici siyasəti keçmiş DKT sədrinin xarakterinə və keçdiyi mübarizə yoluna
uyğun qurulub; anlaşılmaz, mürəkkəb və qeyri- müəyyən. Xarici siyasətimizin bu
cür müəyyən edilməsi hamı ilə yalançı dost siyasəti üzərində qurulub. Təbii ki,
bu siyasət yaxın qonşularımız daxil olmaqla hakimiyyətin dünya ölkələri və
beynəlxalq birliklərlə oynamaq, manevr etmək siyasəti üzərində qurulub. YAP-
çılar bu siyasətə balanslaşdırılmış siyasət deyirlər. Amma gerçəkdə onun adı
qeyri- müəyyənlik və ikili oyundur. Bu oyun əsasən dünyanın 2 super dövləti-
ABŞ və Rusiya arasında manevr etmək üzərində qurulub.

Rusiyanın Azərbaycana təzyiqləri güclənəndə rəsmi Bakı üzünü Qərbə, əks
təzyiq olunanda isə üzünü şimal qonşumuza tutur. Hər iki ölkədən üst- üstə
düşən təzyiq olanda isə İrana meyl etməklə dünyanı islam fundamentalizmi ilə
qorxudur. 20 ildir ki, Azərbaycanın üzü iki istiqamətdə qalıb. İnsaf naminə
deyək ki, sülalə Əliyev hakimiyyəti bu ikiüzlü siyasəti və neft gəlirləri
hesabına 20 ildir ki, ölkədə avtoritar rejim qura bilib. Hər dəfə seçkiləri
saxtaladşırıb hakimiyyətini qoruyur. Ölkədə repressiyalar baş alıb gedir. Hər
addımbaşı insan haqları tapdalanır. Azad media və QHT sektoru sıradan
çıxarılıb, sahibkarlıq və orta təbəqə məhv edilib. Ölkənin bütün gəlirləri
Əliyev ailəsinin və onun əlaltılarının əlində cəmləşib. Keçmiş MDB ölkələri
arasında adam sayına görə ən çox dustaqlar Azərbaycandadır. Həbsxanalarda insan
tutumuna yer olmadığından yeni cəza çəkmə müəssisələri tikilir və s.

İlham Əliyevin
qara günləri başlayır…

Və ya atalardan oğula ötürülən hakimiyyətlərin sonu
gəlir

Amma bütün bunlara baxmayaraq Azərbaycandakı vəziyyət son illərdə
pisləşməyə doğru yön alsa da dünyanın ümumi düzəni pozitiv istiqamətdə
getməkdədir. Belə ki, ərəb ölkələrində baş verən inqilablar, avtoritar
rejimlərin süquta uğraması, Avropa Birliyinin öz sərhdələrini genişləndirməsi,
sosial şəbəkələrin virtual aləmə nüfuz etməsi və s. pozitiv məqamlardır.
Dünyanın demokratik düzəninin inkişaf etməsi, avtoritarizmə və korrupsiyaya,
çirkli pulların yuyulmasına, narkobiznes və insan alverinə qarşı mübarizənin
kəskin xarakter alması zor üzərində qurulan hakimiyyətlərin laxlamasına, xalqların
öz taleyini özlərinin iradəsi ilə həll etməsinə imkanları artırır. Necə
deyərlər diktaturanın və avtoritarizmin sonunu gətirir.

Artıq İlham Əliyev kimi hakimiyyəti atasından qəbul edib, 3 dəfə özünü
prezident elan edən dövlət başçılarının qara günləri gəlməkdədir. Dünya birliyi
bu cür hakimiyyəti əldə saxlamağı və idarə etməyi ikrahla, ironiya ilə
qarşılayır və qəbul etmir. Artıq dünya gücləri para, neft və ikili oyunlar
hesabına öz xalqı üzərində yumruq göstərməyi ölkə avtoritarlarına bağışlamaq və
onların əməllərinə göz yummaq fikrində deyil.

Cəmil Həsənli: “Avropa öz siyasi xəritəsini Xəzər
dənizinə qədər genişləndirəcək”

Məhz bu baxımdan İlham
Əliyevin də atası hesabına, zor və neftin gücünə qurduğu səltənət, taxt-tac
sona çatmaq üzrədir. Ərəb ölkələrində baş verən inqilabi dəyişikliklərdən sonra
qonşu Gürcüstanın ardınca Ukraynada baş verənlər əlsində sıradan bir məsələ
olmayıb demokratiya ilə avtoritarizmin, Rusiya müstəmləkəsi ilə Avropaya
İnterqrasiya arasında gedən ölüm- dirim savaşıdır. Bütün dünyanın gözünün bu
gün Ukraynada olmasının həm də səbəbi odur ki, orda 2 böyük və antiqonist
qütbün, yanaşmanın müqəddəratı həll olunur. Bu davanın sonucunun nə olmasından
asılı olmayaraq bir şey qətidir ki, dünyanın sivil yaşam və demokratik üsul
idarəsi inkişafa və qələbəyə, avtoritarizmə söykənən hər cür əsarəti,
asılılığı, müstəmləkəçiliyi qoruyan mübarizə isə iflasa məhkumdur. Bir az da sadə dillə desək Qərbin, Avropa
Birliyinin inteqrasiya siyasəti öz sərhdələrini və coğrafiyasını
genişləndirməyə doğru davam etməkdədir. Milli Şuranın sədri Cəmil Həsənlinin
təbrincə desək Avropanın inteqrasiya sərhdələri Xəzər dənizinin sahillərinə
doğru gəlməkdədir. Onun qarşısını heç bir qüvvə ala bilməyəcək;
“Avropa öz
siyasi xəritəsini Xəzər dənizinə qədər genişləndirəcək. Kim bundan könüllü
faydalanmaq istəsə, bu yolu rahat keçəcək. Kim istəməsə, ölkələr bu yolu mövcud
hakimiyyət olmadan keçəcək. Avropa Birliyinin sərhədi artıq Gürcüstana gəlib
çatacaq”.

Bizim dağlara
gələn “müharibə”…

Hər şey “Uzaq sahillərdə” filmində olduğu kimidir. Amma biz Vislinin
atasından fərqli olaraq inanırıq ki, heç bir ölçü, sərhəd tanımayan demokratiya
və interqasiya “müharibəsi”-nin də bizim dağlara gəlib çıxacağı gün uzaqda
deyil. Bu gün həmin “müharibə”-nin Ukraynada ayaq səsləri eşidilir.

Bu səsləri bizimlə bərabər
eşidən və görən İlham Əliyev də çox narahatdır. Narahatlıq o dərəcədədir ki,
bir neçə gün öncə Davos forumunda Ukraynadakı inteqrasiyanın ayaq səslərindən
üşənən Əliyev özü- özünə bəyanat verdi; “Bizim qarşımızda Avropa İttifaqı və
Gömrük İttifaqı ilə əməkdaşlıq məsələsi barədə seçim yoxdur. Gömrük İttifaqına
üzv ölkələrlə bizim olduqca geniş münasibətlərimiz mövcuddur. Mal dövriyyəsi
artır. Bütövlükdə, siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycanın qarşısında
heç vaxt hansısa seçim və ya alternativlə bağlı sual olmayıb. Biz həm Gömrük,
həm də Avropa ittifaqı üzvləri ilə əməkdaşlıq edirik”.

Hər şeyin normal
olduğunu deyən Əliyev ənənəsinə sadiq qalaraq az sonra özü- özünü təkzib etməyə
başlayır: “Biz belə bir şey planlaşdırmırıq. Hesab edirəm ki, Azərbaycan və
Avropa ittifaqları arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək
formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, “assosiasiya” sözü bizim
üçün o qədər də qəbul edilən deyil. “Assosiasiyaya girmiş üzv” – bu necə
tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə
kifayət edir. Əlavə imtiyaz qazanmaq üçün istənilən inteqrasiya prosesinə
girmək lazımdır. Hələ ki, assosiasiya layihəsi çərçivəsində bunu görmürük.
Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman,
əlbəttə, biz bu məsələyə baxa bilərik”.
Prezident Aİ ilə Azərbaycan
arasındakı strateji əlaqələrin gələcək formatının gələn il müəyyənləşəcəyini
söyləyib. Vəssalam. Hətta o bizim dağlara müharibənin nə zaman gəlib çıxacağı
ilə bağlı zamanın da anonsunu verib. Düzdür zaman bir az çox götürülüb, amma
fərq etməz. Ən azından o da, onun başında olduğu rejim də dağlarımıza və
Xəzərin sahillərinə demokratiya 
Avropaya inteqrasiya “müharibəsini” gələcəyinin fərqindədir.

İlham Əliyev Kim Çen, Bəşər
Əsəd və Lukoşenko ilə bir sırada…

Fikirlərimizi bir məqamla yekunlaşdıraq.
Hələ ki, inteqrasiya siyasətinin elmi, nəzəri əsaslarını hazırlayan dünyanın
demokratik düzəni, başda ABŞ olmaqla Avropa Birliyi avtoritarizmə, diktaturaya,
silah qaçaqmalçılığı, insan alveri və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
üçün bir sıra mühüm addımlar atmaqdadır. Avropa Birliyinin Şərq Tərəfdaşlıq
proqramı çərçivəsində yürütdüyü siyasət, avtoritar, vəzifə səlahiyyətlərini
aşan, korrupsioner vəzifəli şəxslərə qarşı tətbiq olunan qadağaların
gücləndirilməsi, İran və Suriyanın timsalında nüvə silahına və dikatorluğa
qarşı sanksiyaların artırılması və s. deyilənlərə misaldır. Artıq dünya düzəni
də bu meyarlara cavab verməyən hakimiyyəti zorla, silah gücünə, eləcə də
seçkiləri saxtalaşdıraraq əldə saxlamağa çalışan dövlət başçılarına qarşı
etinasız münasibətini sərgiləməkdədir. Apardığımız araşdırmalar maraqlı bir
faktı ortaya çıxarır. 09 oktyabr seçkilərində hakimiyyəti zor gücünə əldə
saxlayan İlham Əliyevlə ötən 4 ay ərzində onunla görüşən və təmasda olan, Bakıya
təşrif buyuran rəsmi qonaqların siyahısı çox məhdudur.  İlham Əliyev 9 oktyabr seçkiləri ilə bağlı
ölkəmizdə səfərdə olmuş, seçkilərə saxta rəy vermiş müşahidə missiyasının
rəhbərlərini, daha sonar isə heç bir səlahiyyəti olmayan simvolik qonaqlar-
Ruminiya, Estoniya, Serbiya, Latviya, Xorvatiya, AŞPA, Bolqarıstannın keçmiş
prezidentlərini, Dağıstanın qubernatorunu, Gürcüstanın və Albaniyanın baş
nazirlərini, BP və Statoyl şirkətlərinin rəhbərlərini, Avropa Olimpiya
Komitəsinin sədrini qəbul etmiş, Qvineya, Zambiya, Cibuti, Anqola, Yeni
Zellandiya və s. ölkələrin səfirinin etimadnaməsini ümumi protokol qaydasına
uyğun olaraq qəbul edib, bir neçə ölkənin biznesmen depuataları ilə görüşüb.
Vilnüsdə Şərq Tərəfdaşlıq Sammitində və Davos Forumunda iştirak edib. Vəssalam.
Düşünmək üçün bu kiçik də olsa çox önəmli və maraqlı faktdır. İlham Əliyevə aid
olan bu statistikanı ancaq beynəlxalq diplomatik blokadaya məruz qalmış
Suriyanın prezidenti Bəşər Əsədlə, Şimali
Koreyanın dövlət başçısı Kim Çenlə, Belorusiya prezidenti Lukoşenko ilə
müqayisə etmək olar…

 

“Yeni
Cumhuriyyət” qəzetinin
araşdırma qrupu

Short URL: http://www.cumhuriyyet.net/?p=3840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930