Abutalıbov tapşırıq verdi: xarici dildə olan reklamlar sökülür

10.11.2015 - 12:59

abutalibovBakıda ticarət obyektlərinin üzərinə vurulan xarici dildə yazılmış reklam lövhələri sökülür.

Azvision.az-ın əməkdaşı xəbər verir ki, söküntü işləri “28 May” metrosu yaxınlığında yerləşən obyektlərdə aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları obyekt sahiblərinə tövsiyə edib ki, reklam lövhələri yalnız Azərbaycan dilində olmalıdır.

“Bizə bildirdilər ki, bu barədə Hacıbala Abutalıbov ciddi tapşırıq verib və buna görə şəhərdəki bütün xarici dildə olan reklamlar söküləcək”, – deyə obyekt sahibləri bildiriblər.

Qeyd edək ki, Reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=38431

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728