Bu şəhərdə heç bir elektrik avadanlığı dözmür – Xırdalanın xırda olmayan işıq problemi

10.11.2015 - 15:34

xirdalan“10 ildir ki, Bakının bir addımlığında işıq üzünə həsrətik. Həftədə 4-5 dəfə işıqlarımız sönür. Söndüyü bəs deyil, yananda da vurub elektrik avadanlıqlarını sıradan çıxarır. 2-3 min manat xərc çəkib kombi çəkdirənlər var ki, heç onu işlətmək qismət olmayıb, soyuducusu, televizoru, kondisioneri sıradan çıxanları demirəm”.

Bunu Publika.az-a Xırdalan şəhəri Mehdi Hüseyn küçəsində yaşayan İlqar Atayev bildirib.

Həmin ərazidə yerləşən 54 nömrəli transformatorun 10 ildən çoxdur ki, yenilənmədiyini deyən şikayətçinin sözlərinə görə, ərazidə 100-lərlə ev bu problemdən əziyyət çəkir. Hər dəfə qırılan naqillər bərkidilsə də, bu, ərazinin elektrik problemini yalnız qısa müddətə həll edir.

“Oktyabrın 24-ü axşamdan şəbəkədə həm 0, həm də fazada cərəyan var idi. Bütün soyuducuları, kombiləri, elektrik avadanlıqlarını yandırdı. Noyabrın 7-si gecədən səhərə kimi işıq söndü, yananda kondisioneri sıradan çıxardı. İşıq sönən kimi ərazidə bir mühəndis var, onu çağırırıq, gəlir qırılanı yamayıb gedir. Şənbə-bazar günlərinə düşəndə isə, ümumiyyətlə, ərazi elektrik şəbəkədə heç kimi tapmaq olmur”, – deyə şikayətçi bildirdi.

Problemlə bağlı “Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Publika.az-a bildirdiyinə görə, vəziyyətlə bağlı ölçü götürüləcək:

“Xırdalan Elektrik Şəbəkənin “Azərişıq” ASC-yə verilməsinin cəmi 9 ayı tamam olub. Mən Xırdalan Elektrik Şəbəkənin rəisinə vəziyyəti məruzə etdim. O, ərazi ilə tanış olacaq, ehtiyac olarsa, transformator dəyişdiriləcək və ya problemin aradan qaldırılması üçün müvafiq işlər görüləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=38493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728