Fransa Şengen razılaşmasını niyə dayandırdı?

11.11.2015 - 11:02

sengenFransanın Azərbaycandakı səfirliyi Şengen razılaşmasının qüvvədə olma müddətinin bu ölkədə müvəqqəti dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Fransa səfirliyindən “Report”a bildiriblər ki, bu qərar Parisdə iqlim üzrə Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar qəbul edilib və Azərbaycan vətəndaşlarına vizaların verilməsinə təsir etməyəcək.

“Bu il noyabr ayının 13-dən dekabr ayının 13-dək Parisdə keçiriləcək COP21 iqlimin dəyişməsi məsələləri üzrə Beynəlxalq Konfrans ilə əlaqədar Fransada daxili sərhəd nəzarətinin bərpa olunmasına baxmayaraq, Fransa səfirliyi vizaları adi rejimdə verməyə davam edəcək”, – səfirlikdən bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=38582

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728