Şamaxı Rəsədxanası NASA-nı təkzib etdi (VİDEO)

11.11.2015 - 13:16
dunya2“Dünyanın qaranlığa qərq olacağı xəbəri yalandır”
Şamaxı Astrofizika Rəsədxanası yer kürəsinin 15 gün zülmətə qərq olacağı ilə bağlı NASA astronomlarının sensasiyalı bəyanatına münasibət bildirib.
NASA astronomları sensasiyalı bəyanatla çıxış ediblər: Yer kürəsi bu il noyabrın 15-dən 29-a kimi qaranlığa bürünəcək. Bununla bağlı Nasa hətta Obama administrasiyasına da xəbərdarlıq edib. Təbii ki, bu cür açıqlama əhali arasında da şok təsiri yaradıb.
Məsələ, ondadır ki, noyabrın 15-dən 29-a kimi nadir astronomik hadisə – Venera və Yupiterin paralelizmi baş verəcək. Nəticədə onlar arasındakı məsafə 1 dərəcəyədək azalacaq. Ümumi proseslər nəticəsində günəşdə temperatur kelvin şkalası ilə 9000 dərəcəni ötəcək. Əvvəlki temperatura qayıtmaq üçünsə günəşə 2 həftə vaxt lazım olacaq. Bu vaxt da 2015-ci il noyabrın 15-dən 29-a kimi olan dövrü əhatə edəcək.
Lakin bəyanatla çıxış edən Şamaxı Astrofizika Rəsədxanası yayılan məlumatları əsassız hesab edir. Rəsədxana rəsmisinin məlumatına görə, günəş 2016-cı il martın 9-da tutulacaq. Beləliklə narahatçılığa əsas yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl dünyanın dağılması haqda da məlumatlar yayılmışdı. Ancaq nəticədə bu məlumat da əsassız olmuşdu.  (Region TV)
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=38683

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728