Lotu Qulinin dostunun adı təqaüdçü qadının qətlində hallanır

12.11.2015 - 11:31

quliRusiyanın Yekaterinburq şəhərinin meri, azərbaycanlı “qanuni oğru” Lotu Qulinin dostu kimi tanınan və onun dəstəyi ilə seçilən Yevgeni Royzman məhkəmə qarşısına çıxıb.

Cebhe.info xəbər verir ki, mer şəhər dumasının keçmiş deputatı Oleq Kinevin işi ilə bağlı dindirilir. Oleq Kinev təqaüdçü qadın Olqa Ledovskayanın mənzilində qətlə yetirilməsinə ittiham olunur. Məhkəmədə şəhər merini dindiriləcəyi ilə bağlı məlumatlar təsdiqləndikdən sonra daha da maraqla gözlənilib. Royzmanı baş prokurorun müavini Yuri Ponomaryov dindirib.

Mer keçmiş deputatla tanışlığından və sözügedən qadınla bağlı məsələdən danışıb: “Bir dəfə mənim yanıma təqaüdçü qadın gəldi. Olqa Ledovskaya dedi ki, qocalar evinə getmək istəyir, bunun əvəzində isə 3 otaqlı evini verə bilər. Bu işlə Kinev məşğul olurdu. Sonra qadın dedi ki, Kinev fırıldaqçıdır. O isə qadını dəli olmaqda ittiham edirdi”.

Məhkəmə prosesində Royzman və Kinevin 2014-cü il 2 maydakı telefon danışığının da stenoqramı təqdim edilib. Royzman Kinevə telefonda bildirib ki, bu vəziyyət ona karyerası hesabına başa gələcək.

Qeyd edək ki, Royzman mer seçildikdən sonra dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun seçkisinin kriminal dairələrin, konkret olaraq “Lotu Quli” ləqəbli Nadir Səlifovun dəstəyi ilə təşkil olunduğu və hatta çox sayda azərbaycanlı kriminal avtoritetin merin təbliğat kampaniyasında “insanları” qorxutmaq üçün fəaliyyət göstərdiyi bildirilir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=38823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728