Deputatdan təklif: “Azərbaycan parlamentli respublikaya keçməlidir”
Zaman-zaman Azərbaycanın parlamentli respublika olması barədə fikirlər gündəmə gəlsə də, məsələnin gerçəkləşməsi üçün lazım olan situasiya yetişməyib.
Ümumiyyətlə, Azərbaycan parlamentli respublika ola bilərmi? Eyni zamanda, bunun xeyri nə ola bilər? Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Modern.az-a açıqlamasında parlamentli respublikanın faydalı tərəflərini şərh edib.
“Bu bir çox partiyaların proqram məqsədlərində yer alır. Partiya demokratiyasını inkişaf etdirmək üçün belə bir sistemə keçmək faydalıdır.
Burada həm də vətəndaşların dövlət həyatında təmsilçilik imkanları artır. Hakimiyyətin hədsiz mərkəzləşdirilməsinin də qarşısı alınır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=38830