Tələbələrə şad xəbər – AZAL endirim etdi

12.11.2015 - 13:12

azal“Azərbaycan Hava Yolları” QSC (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10% endirim elan edir.

Cümhuriyyət.az QSC-yə istinadən bildirir ki, bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”-nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

Xatırladaq ki, avqustun 1-dən etibarən AZAL bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=38852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728