Nazirlik: İki ayda 7 prorektor işdən çıxarılıb –SİYAHI

12.11.2015 - 13:32

tehs nazirliyiSon iki ayda Azərbaycanda 7 ali təhsil müəssisəsinin prorektoru vəzifəsindən çıxarılıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib. (Report)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin edilib. G.Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra müdiri, professor vəzifələrində işləyib.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=38872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728