Avropa Məhkəməsində Mirzə Sakitlə bağlı qərar verildi: 12 min avro təzminat verilsin
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun (Mirzə Sakit) ərizəsi ilə bağlı ilkin qərar çıxarıb.
APA-nın məlumatına görə, məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib.
AİHM həmçinin 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.
Qeyd edək ki, S. Zahidov hazırda Belçikada yaşayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=38926