İş axtaranlara şad xəbər: Bu şirkət işə 50 min adam götürəcək
Dövlət Neft Şirkətinin (SOCAR) yaxın illər üçün həyata keçirməyi planlaşdırdığı meqalayihələr minlərlə insanın işlə təmin olunmasına imkan yaradacaq.
Publika.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən “İnsan Resursları Forumu Bakı 2015” adlı forumda SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.
Onun sözlərinə görə, layihələrin icrası ilə əlaqədar təkcə SOCAR 10-12 min insanı daimi işlə təmin edəcək.
Bundan başqa, podratçı şirkətlərin vasitəçiliyi ilə 30-35 min insan da özünə müəyyən müddətdə iş yeri tapacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=39030