AZAL Parisə aviareysləri ləğv etməyəcək
“Azərbaycan Hava Yolları” (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.
Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, ötən gün növbəti aviareys Parisə uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=39315