Nazir ərəb şahzadələrinin Azərbaycanda ov etməsindən danışdı

18.11.2015 - 13:56

ereb“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov məsələlərinə ciddi nəzarət edir”.

“Report”un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzarət altında tənzimlənən ov hətta biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir: “Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb, məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur. Məsələn, Azərbaycanın şimal qərb zonasında Böyük Qafqazın şimal qərb ətəklərində yaxşı bir ovçuluq təsərrüfatı yaradılıb. Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov apara bilər. Eyni zamanda, paradoks da olsa həmin ərazilərdə heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. Amma başqa hallar da olur. Biz onun tərəfdarıyıq ki, bütün bu hallar Azərbaycan qanunlarına, Azərbaycan adət-ənənələrinə, o cümlədən ov sahəsində hörmətlə yanaşmaqla müşahidə olunsun, lisenziya əsasında aparılsın. Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma onlar da bu işi qanun əsasında görməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=39895

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930