Bu günün ulduz falı – 19 noyabr

19.11.2015 - 01:09

ulduzQOÇ – Qarşılıqlı münasibətlərdə uğurlu gedişlər edəcəyiniz gözlənilir. Bu, gələcək işləriniz üçün dönüş ola bilər. Şəxsi büdcənizi artırmaq üçün əhəmiyyətli görüşləriniz də mümkündür.

BUĞA – Əsəblərinizi sakitləşdirmək, daxili harmoniyanızı bərpa etmək üçün bütün gücünüzü səfərbər edin. İnsanları özünüzdən uzaqlaşdıran addımlar atmayın. Vaxtınızı sevgiyə sərf edin.

ƏKİZLƏR – Tərəddüdlərinizi dəf etmək üçün təcrübəli adamlarla məsləhətləşmələr aparın. Bu gün pul məsələlərini, uzaq səfərləri təxirə salın. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin.

XƏRÇƏNG – Qohumluq müstəvisində qərəzli addımlara yol verməyin. Əks təqdirdə, təklənə bilərsiniz. Mərhəmətli olun və çalışın ki, rəğbət qazanasınız. Yersiz tələbkarlığınızı minimuma endirin.

ŞİR – Müqəddəs hədəfləriniz var, amma onlara yetişmək üçün lazımi addımlar ata bilmirsiniz. Məhz bu proqnozu oxuduğunuz andan etibarən hərəkətə keçin, Tanrı yardımçınız olar, inşallah.

QIZ – Qarşınızda böyük işlər durur. Onların öhdəsindən gəlmək üçün daxili sabitliyinizi bərpa etməlisiniz. İşgüzar görüşlərinizi intensivləşdirin. Yaşca böyük doğmalarınızın qayğısına qalın.

TƏRƏZİ – Öhdəlikləriniz çoxaldığından bu təqvimi bir qədər yorğun şəkildə başa vuracaqsınız. Amma nəticənin səmərəsini göz önünə gətirib təmkinli olmalısınız. Axşam maraqlı görüşlər gözlənilir.

ƏQRƏB – Nə qədər ki, öz bürcünüz “hakimdir”, ətrafınızda layiqli tərəfdaşlar toplamağa çalışın. Bu, perspektivlərinizə yetişməkdə xeyli irəliləyiş yarada bilər. Təşəbbüskarlığı əldə saxlayın.

OXATAN – Həyatınızın həssas məqamı yetişməkdədir. Hər addımı ölçülü-biçili atın ki, uduzmayasınız. Hər şeydən öncə qarşılıqlı münasibətlərə fikir verin. Məsuliyyətinizi hiss edin.

OĞLAQ – Maraqlı bir gün yaşayacaqsınız. Əgər dinə, adət-ənənəyə zidd hərəkətlərə yol verməsəniz, ovqatınız yüksək olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şansınız olacaq.

SUTÖKƏN – Axşam saatlarına qədər bəd enerjili Ay bürcünüzdə olduğundan qida rasionunuza qeyri-ənənəvi təamlar əlavə etməyin. Nahardan sonra maraqlı adamlarla görüşləriniz mümkündür.

BALIQLAR – Özünüzdə yarımçıq işlər bol olduğu halda, başqalarına əlavə problemlər yaratmayın. Quranda deyildiyi kimi, ya xeyirxah söz deyin, ya da susun… Bütün bunlar düşünməyiniz üçündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=39999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728