Naxçıvanda əmək yarmarkaları başlayır

20.11.2015 - 12:28
yarmarka2Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 24-də muxtar respublikada əmək yarmarkalarına start veriləcək.
“Report”un məlumatına görə, noyabrın 24-də tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq.
Noyabr ayının 25-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.
Noyabrın 26-da əmək yarmarkası Şahbuz şəhərindəki “Araz” kinoteatrında, 27-də isə Culfa rayonunda keçiriləcək.
Dekabr ayının 1-də Ordubad, 2-də Babək, 3-də isə Şərurda boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası dekabr ayının 4-də “Gənclik” Mərkəzində keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=40289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930