Naxçıvanda hürufi şeyxinin türbəsində tükürpədən möcüzəvi kəşf – Qalaktikanın xəritəsi 700 illik abidədə nə gəzir? (FOTO)

20.11.2015 - 15:36

xerite1401-ci ildə Teymuri Miranşah tərəfindən edam olunaraq Naxçıvanda dəfn olunan məşhur hürufi şeyxi Fəzlullah Nəiminin məzarının yerləşdiyi xanəgahda 700 il bundan əvvələ aid olan elmi sirr aşkar edilib.

Xanəgah Abidələr Kompleksinin direktoru Kamal Xanəgahlının Modern.az saytına verdiyi açıqlamasına əsasən Şeyxin türbəsində zamanını qabaqlayan elmi sirrin üstü açılıb:

“Nəiminin türbəsi ətrafında tapdığımız daş üzərindəki qalaktikamızın təsvirinə rast gəldik. Əsas məsələ burasındadır ki, müasir dövrdə kosmosdan çəkilən şəkillərlə quruluşu təyin edilən qalaktikamızın təsviri 700 il bundan əvvəl kəşfə əsaslanan düşüncə tərzi ilə hürufilər tərəfindən aydınlıqla təsəvvür edilir”.

Qeyd edək ki, hüfizmin bir qolu olan hürufilik cərəyanının alimlərinin kosmos, səma cisimləri və insan vücudu, numerologiya barələrində dediklərinin əksəriyyəti sonradan təsqidini tapıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=40384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728