Zakir Fərəcovun salacağı yeni Sumqayıt bulvarı qanunsuzdurmu? – REAL sədri faktları ortaya çıxardı

“Hörmətli Abbas müəllim!
Bu günlərdə Sumqayıt şəhəri İcra Hakimiyyəti şəhərin dənizkənarı ərazisində irimiqyaslı tiknti işlərinə start verib. Nəzərdə tutulan işlər müfəssəl planlar daxil olmaqla bir neçə informasiya saytı vasitəsilə şəkilli və qrafik formada ictimaiyyətə açıqlanıb.
Mənbə olaraq bu keçidləri təqdim edirəm:
http://sumqayitxeber.com/wp-content/uploads/2015/11/IMG_5673.jpg
http://xeberle.com/az/view/17524/sumqayt-bulvar-tamamile-yenilenir-zakir-ferecovdan-yeni-layihe-fotolar/
Hörmətli Abbas müəllim, yuxarıdakı keçidlərə əksini tapan əsaslı tikinti işlərinin görülməsini nəzərdə tutan layihələr Sumqayıt şəhərinin qüvvədə olan Baş planına (http://arxkom.gov.az/sehersalma/sehersalma1/basplan/planlar/kicik%20sumqayit%20bas%20plan.jpg) və
funksional zonalanma sxeminə(http://arxkom.gov.az/sehersalma/sehersalma1/basplan/planlar/kicik%20SUMQAYIT%20FUNKSIONAL%20SXEM.jpg) uyğun gəlmir. Belə ki, şəhərin Baş planına əsasən, qeyd olunan ərazi bulvar və park təyinatlıdır. Ərazidə yeni əsaslı tikinti obyektlərinin, xüsusilə hündürmərtəbəli yaşayış evlərinin inşa edilməsi Sumqayıtın əsas şəhərsalma sənədində əksini tapmamışdır.
Hörmətli sədr, mən Sumqayıt şəhəri sakini olmaqla bərabər, həm də REAL – Respublikaçı Alternativ Hərəkatının Sumqayıt Məclisinin sədriyəm. Sumqayıt İH-nın dənizkənarı çimərlik, bulvar və park ərazisini əhatə edən bu iri kapital tutumlu layihəsi şəhərdə birmənalı qarşılanmayıb. Güman edirəm ki, bu müraciətimi şəhər sakinlərinin yaşıllıqların müdafiəsinə yönəlmiş çağırışı kimi də qəbul edəcəksiniz.
Qeyd olunanlarla əlaqədar olaraq, məsələni nəzarətə götürməyinizi və müvafiq araşdırma aparılması barədə göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə,
Hafiz Babalı, Respublikaçı Alternativ Hərəkatının Sumqayıt Məclisinin sədri”
Short URL: http://www.cumhuriyyet.net/?p=40402