Həbs edilən MTN polkovniki ailəsindən prezidentə müraciət: “Vətənin təhlükəsizliyini təmin etmək cinayətdi?”

23.11.2015 - 02:56

mtnHazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki Mirəziz Əsgərovun valideynləri və ailə üzvləri Azərbaycan Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Arqument.Az-a göndərilən müraciətdə Əsgərovlar ölkə başçısından yardım istəyiblər Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident!

Sizə müraciət etməkdə bir ali məqsədimiz var: bu vətənə xidmət edən, bu dövlətin tapşırıqlarını qeyd-sərtsiz və qənirsiz yerinə yetirən icraçı insanlarının mükafatlandırılacağına umidlənməsi bir yana, heç zaman haqları tapdanmayacağına əminlik yaransın!

Həbs olunanda evindən cəmi 1500 manat çıxan Mirəziz Əsgərov Azərbaycan dövlətinin təhlukəsizliyi, ilk növbədə xaricdən gələn təhlükənin qarşısını almaqda polkovnik rütbəsinəcən yüksəlmiş təmiz, vicdanlı və saf bir insandır.

Digərlərindən fərqli olaraq, Mirəziz Əsgərov Azərbaycanı da, xalqı da, dovlətin və onun rəhbərlərini də xarici kəşfiyyata kilolarla qızıla-brilyanta, qutu-qutu valyutalara dəyisməyib. Əksinə, xarici kəşfiyyatın emissarlarının və xəfiyyələrinin Azərbaycanda cevriliş niyyətləri üçün gətirdikləri 18 milyardın bir hissəsinin üzə çıxarılmasında istirakşı olub. O əməliyyatlardan biri də onun əleyhinə ittihama cevrilmiş Vidadi Əzizovun iddiasıdır.

Əlbəttə ki, Vidadi Əzizov ifşa olunmuş agent olmaqla gözəl bilir ki, “donorlarından” aldığı pulları geri qayıtmayacaq. Bu öz yerində, amma azadlığını da itirmək istəməməsi üçün kimin adını desən, altından imza qoyub başqasının bədbəxtliyi üzərində öz satqın və nanəcib xislətinə xoşbəxtlik yaşatmağa meyllidir.

Necə ki bir vaxtlar bunu MTN və o cümlədən Mirəziz Əsgərov üzə çıxaranda sübut olunmuşdu – İran ETTELAAT-na işləməyi təsdiqlənməsə də, hər halda “özündənbəy biznesmen” Vidadi Əzizovun hər hansı biznes səbəkəsində töhfəsi yoxdur, amma hansı hesablardan və nələrin hesabına pul çəkməyi diqqətdən qacırılmamalıdır.

Mirəziz Əsgərov isə 24 il sərasər nümunəvi və fədakar xidməti ilə pillə-pillə ucalmışdır. Nəzərə almağınızı xahiş edirik ki, klassik “çekist məktəbi”nin məzunu Mirəziz Əsgərov peşəkar icraçı olub, heç sıradan belə səlahiyyət sahibi olmayıb, üstəlik də əmrə qeyd-sərtsiz tabe olmalı olan Mirəziz Əsgərovun “Anton Dopplerliyi” xüsusilə milli təhlukəsizlik kimi dövlət əhəmiyyətli bir qurumda “demarşı” qeyri-mumkun sayılmalıdır.

Butun dunyada, eləcə də Azərbaycanda əmrin icrası, təklifi, təqdiri “bas ustə”dən kecirsə, baş idarənin şöbə rəisi səlahiyyətləri çərçivəsində aldığı tapsırığı yerinə yetirdiyini məruzə etməkdən başqa hansı movqeyə sahib olmalıydı ki?

İyirmi dörd illik fəaliyyəti ərzində Mirəziz Əsgərov hec bir maddi sərvət sahibi olmayıb, parıltılı həyat yaşamayıb, gözəgirən və xəyanətkar əməllərin sahibi olmayıb, bunu bizimlə birgə hamı təsdiq edə bilər. İndi onun doğulub boya-başa catdığı bölgənin ağsaqqalları, oxuduğu ali məktəblərin kollektivi, əxlaqı və əməliylə qazandığı dostları və tanıdıqları narahatdır və Sizə muraciət etməyə hazırlaşırlar.

İndi evdə üç yaşlı oğlu ilə anası, valideynləri ikiotaqlı “Xruşşovka”da Sizin, məhz Sizin ədalətinizə umid bəsləyir – bir vaxtlar Azərbaycanın təhlükəsizliyinin təminatında ümid bəslənilən Mirəziz Əsgərovun indi ailəsi təhlukədədirsə, bu təkcə nonsens deyil, həm də daha murəkkəb kombinasiyaların proyeksiyasıdır. Təki desinlər budur, cinayətkar cəzalanır!

Nədir Mirəziz Əsgərovun cinayəti? Bu vətənin təhlükəsizliyini təmin etməkmi? Bu, yeni maddədirmi, yeni cəza növüdürmü? Axı mərhum preidentimiz Heydər Əliyev xüsusi vurğulamışdı: “Dövlət iki halda sarsıla bilər: cinayətkar cəzasız qalanda, bir də günahsız cəzalandırılanda”.

Sizə son sözümüz budur, cənab Prezident: günahsız olan Mirəziz Əsgərovdur!

Bu, sadəcə, “MTN işi” planının “yüksək” səviyyədə yerinə yetirildiyini Sizə məruzə etmək üçün hazırlaşan diletantların miqyaslı iş gördüklərinin nümayişi, professional çekistlərə qarşı demarşıdır!

Bu, hər halda ədalətin təntənəsi deyil!
Bu sadəcə … dovlətin sarsılması da deyil!
Bu vətənin təhlükəsizliyi üçün fədakarlığın güllələnməsidir!
O güllənin açılması üçün tətiyi basmağa imkan və icazə verməyin, lütfən!

Biz səcərəmizə görə ağır seyid nəslindənik. Göydə Allahdan, inamımıza görə cəddimizdən bu vətən üçün uğurlar istəyi ilə Sizə mubarizənizdə qələbələr arzu edirik. O qələbələrdən biri də gunahsız Mirəziz Əsgərovun layiq olmadığı və haqq etmədiyi cəzadan xilasıdır!

Hormətlə,
Mirəşrəf Mirislam oğlu,
Mirmədinə Qulu qızı Əsgərovlar”.

Yazıdakı bəzi iddialı məqamlarla bağlı adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=40466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728