Bakıda ən bahalı 10 maşın – Siyahı

23.11.2015 - 10:08

lombardiniAzərbaycanın avtomobil bazarında ən bahalı maşın dəyişməz olaraq qalır.

Axar.az-ın hazırladığı siyahıda “Lamborcini” hələ də liderliyi əldən verməyib. Bu maşının qiyməti fantastik məbləğə – 1,5 milyon dollaradır.

Ölkəmizə gətirilən “Ferrari”lər 2013 modeldir və hər birinin qiyməti minimum 450 min avrodur. Bəzilərininki isə daha bahadır – 600 min avronu keçir.

“Mersedes S 65 AMG” markalı avtomobili 411 min dollar ödəməklə əldə etmək mümkündür. “Mersedes GL 63 AMG” də geri qalmır, nə az, nə çox – 380 min dollara təklif olunur.

“Bentli Mulsani” nisbətən daha ucuzdur, 375 min dollarla bu brend markanın sükanı arxasına keçmək olar. “Rolls-Roys Fantom”u isə 325 min dollardan başlayır.

“Kadillas Esklad” və “Mersedes S 500” markalı maşınların qiyməti oxşardır – 285 min dollar.

Satışa çıxarılan “Mersedes-Maybək S-Klass 500” markalı avtomobil sürmək istəyənlər 315.500 dollarından keçməlidir.

Bahalı maşınlar sırasında “Lənd Rover – Rənc Rover” maşınları da yer alır. Bu model 280 min dollardan ucuz deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=40492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728