Azərbaycanda dərman fabriki tikiləcək – Baş nazirin müavini
Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaranması gündəmdə olan məsələlərdən biridir”.
Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, bu yöndə addımlar atılacaq: “Təbiidir ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu yöndə işlər aparılır və yaxın zamanlarda biz Azərbaycanın məxsusi dərman edən istehsal edən müəssisələrin yaradılmasına şahid olacağıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=40740