Televiziyaların “qara siyahı”sı – Səbəb nədir?

24.11.2015 - 12:21

teleQulu Məhərrəmli: “Mən özüm də bu cür yanaşmadan əziyyət çəkirəm”

Zeynal Məmmədli: “Sovet dönəmindən neçə il keçib, lakin biz o dönəmin yetkinlik çağından da pis səviyyədəyik…”

Son zamanlar bir çox tanınmışlar onlara efir qadağası qoyulduğu barədə açıqlamalar verirlər. Onların bəziləri fərqli siyasi baxışları olduğu üçün, bəziləri isə müxalifətçilər ilə birgə məclislərdə iştirak etidyi üçün bu cür yanaşma ilə qarşılaşdığını bildirirlər.

Görəsən medianın “qara siyahı”na kimlər və nə üçün salınır?

Bu barədə musavat.com danışan əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, bu cür yanaşma yanlış və yolverilməzdir: “Bu barədə dəqiq fikir səsləndirmək çətindir. Çünki, hər kəsin bir “qara siyahı”sı var. Məsələn, hər televiziya sədrinin və bu qurumlara nəzarət edən strukturların özlərinin bu cür siyahsı var. Nəticə etibarı ilə bu da efiri xeyli solğunlaşdırır”.

Teletənqidçi özünün də bu cür yanaşmalardan əziyyət çəkdiyini deyib: “Bəzən mənə qarşı simpatiya nümayiş etdirən televiziyaların bəziləri mənim hansısa məsələ ilə bağlı tənqidimlə üzləşəndə tamamilə başqa, adekvat olmayan reaksiya nümayiş etdirirlər.
Müğənnilərə qarşı qadağa həmişə olub, olacaq da. Bu qeyri-normal olsa da, indiki reallığın nəticəsi kimi çox normal qarşılayıram.
Vaxtilə mən AzTV-də işləyəndə ürək ağrısı ilə görürdüm ki, müğənni Flora Kərimovaya qadağa qoyurlar. Bu hal məni çox məyus edirdi. Deyim ki, bu cür hərəkətlər çox kiçik, bəsit düşüncəli adamlar tərəfindən edilir. İnanmıram ki, hakimyyətin hansısa pilləsində oturan adam belə primitiv, səthi işlərlə məşğul olsun. Bunu ayrı-ayrı adamlar edir”.

Qulu Məhərrəmli müxalifətçilərin toy məclislərində oxuyan müğənnilərə qarşı efir qadağasının qoyulması məsələsində də münasibət bildirib: “Müəyyən əks fikirili insanlar var ki onlar fərqli düşüncədə dayanır və onlarla bağlı olan məsələ məlumdur. Lakin kimsə kiminsə məclisinə gedir, ifa edirsə və ona qarşı efir qadağası qoyulursa bu qətiyyən yolverilməzdir. Biz deyirik incəsənət xalqa məxsusdur. Xalq da heç kəsi hansısa düşüncə, baxışlara görə iki yerə bölə bilməz. Azərbaycan sənətinə, ictimai düşüncəsinə xidmət edən şəxslər barəsində televiziya və qəzetlər özləri maraqlı olmalıdırlar ki, o cür adamlarla ünsiyyətdə olub, onlara meydan versinlər. Bu çox vacib şərtdir.
Hazırda isə iqtidar və müxalifət bölgüsü çox şərtiləşib. Proseslərə diqqətlə baxanda bunu görmək olur. Çünki hansının iqtidar, hansının müxalifət olduğunu anlamaq olmur”.

Media eksperti Zeynal Məmmədli isə məsələyə bu cür şərh verib: “Bu məsələdə iki ehtimal var. Birinci şəxsi qərəzdir. Televiziya rəhbəri və ya onun yaxını hansısa müğənnini və ya tanınmışı efirdə görmək istəmir və bunu daha məntiqli, ağıllı göstərmək üçün siyasi motivləri önə keçirir. İkinci ehtimal isə ondan ibarətdir ki, tanınmış şəxs fərqli siyasi düşüncə tərzinə malikdir və ya siyasətçi dostları var. Buna görə də televiziya rəhbəri öz mövqeyini, yerini qormaq üçün həmin şəxsdən dərhal imtina edir.
Burda təəccüblü bir şey yoxdur. Azərbaycanda sərbəst düşüncə ilə bağlı böyük qorxu var. Bu çox utancverici və təhlükəli bir mənzərədir. Sovet dönəmindən neçə il keçib, lakin biz o dönəmin yetkinlik çağından da pis səviyyədəyik. Hazırda Sovet dövrünün nəinki 80-ci illərinə, hətta 30-cu illərinə gedib çıxmışıq”.

Qeyd edək ki, bu günlərdə xalq artisti Nazpəri Dostəliyeva mətbuat konfransı keçirərək bildirdi ki, ANS televiziyasından başqa digər kanallar üzünə bağlanıb və bunun səbəbi ona bəlli deyil. Bəziləri isə bildirirlər ki, buna səbəb müğənninin iki il bundan əvvəl Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlunun toyunda iştirak etməsi olub.

Müğənninin özü də mətbuata açıqlamasında bu məsələyə toxunub: “Vətənimin bir övladının toyunda iştirak etdiyim üçün mənə böhtanlar atıldı. Bu məsələ siyasiləşdirildi, böyüdüldü…”

Ötən gün isə müğənni-aparıcı Qismət Məmmədzadə telekanallar tərəfindən qara sıyahıya salındığını iddia edib. O, bildirib ki, buna səbəb aprel ayından etibarən öz feysbuk səhfəsində M.Ə.Rəsulzadə ilə bağlı paylaşımlar etməsi olub: “Aprel ayında ATV kanalının prodüseri zəng vuraraq öncədən dəvət etdikləri bir verilişə gəlməyimin lazım olmadığını bildirdi. Sonra İctimai TV-dən kliplərim yığışdırıldı. Nəhayət, Lider TV-yə öncədən dəvət olunduğum çəkiliş üçün getdiyim zaman efir rejissoru mənə “yuxarıdan” göstəriş olduğunu və kanalın binasını təcili tərk etməli olduğumu bildirdi. Və sairə və ilaxır….
Yalnız ANS istisna oldu və məni bu kanalda iyun ayına qədər iki verilişə dəvət etdilər. Bu da çox hörmətli Kamran Həsənlinin təşəbbüsü nəticəsində baş verdi. Qısası bu qadağa hələ də davam edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=40746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31