Qafqazda Kürdüstan dövləti yaratmaq planı

11.02.2014 - 02:11

“Ermənistan və Rusiyanın razılığı ilə Qafqazda Kürdistan dövləti “bərpa” edilməliydi”  

“1997-ci ildə Ermənistan və Qarabağ bizdən Laçın və Kəlbəcərə kürd döyüşçülərinin yerləşdirilməsini xahiş ediblər. Amma kürd rəhbərliyi və PKK buna razılıq vermədi” 

“Ermənistan və Rusiyanın razılığı ilə Qafqazda Kürdistan dövləti “bərpa” edilməliydi”  

“1997-ci ildə Ermənistan və Qarabağ bizdən Laçın və Kəlbəcərə kürd döyüşçülərinin yerləşdirilməsini xahiş ediblər. Amma kürd rəhbərliyi və PKK buna razılıq vermədi” 
 
Yakbun” Ümumittifaq Kürd Assosiasiyasının vitse-prezidenti, “Müstəqil Qafqaz Kürdistanı Azadlıq Hərəkatının” İdarə Heyətinin sədri Vəkil Mustafayev avrasiya.net-ə Qafqazda “Kürdistan” dövlətinin yaradılması ilə bağlı bir sıra faktları açıqlayıb. Sullarımızı cavablandıran V.Mustafayev əvvəlcə hər bir xalqın öz taleyini və hüququnu bilməli olduğunu deyib. Öcalanla bağlı sualımızı cavablandıran həmsöhbətimiz onun azadlıq partiyasının lideri hesab etdiyini deyib.

Sonra bunları bildirib: “Ermənistan və Rusiyanın razılığı ilə Qafqazda Kürdistan dövləti “bərpa” edilməliydi. Buna görə də Laçının ermənilərə verilməsindən sonra mən ora getdim. Əgər şeytan mənə Kürdistan dövlətini versəydi belə ona sarı da gedərdim: “1992-ci ilin iyununda biz Rusiya və Ermənistanın razılığı ilə Qafqaz Kürdistanının yaradılmasını elan etdik. Ermənistan hüquqi cəhətdən bu tarixi faktı dana bilməz. Əgər onlar kürd torpağı deyilsə ermənilər heç vaxt bu məsələyə razılıq verməzdilər”.
Ona sual etdik ki, biz deyəndə kim nəzərdə tutulurdu: “Yakbun” SSRİ kürdlərinin ictimai-siyasi assosiasiyası və Qafqaz Kürdistanı kürdlərinin azadlıq hərəkatı”. Daha sonra vurğulayıb ki, 1997-ci ildə Ermənistan və Qarabağ bizdən Laçın və Kəlbəcərə kürd döyüşçülərinin yerləşdirilməsini xahiş ediblər. Amma kürd rəhbərliyi və PKK buna razılıq vermədi. Güman edirəm ki, ermənilər bu məsələyə etiraz etmirlər, amma kürd rəhbərliyinin indiki mövqeyini bilmirəm.
V.Mustafayevə sual etdik ki, bəs kürd döyqşçüləri haradan gələcəkdi. Cavabı belə oldu ki, kürd gəncləri keçmiş SSRİ-nin bütün respublikalarında hərbi xidmət keçiblər. O daha əlavə etdi ki, PKK rəhbərliyi kürdləri Kürdistana yerləşdirməklə Türkiyə ordusuna qarşı döyüşə hazırlamaq istəyirdi: “Kürdlərin əksəriyyəti bunu dəstəklədi. Bu PKK rəhbərliyinin səhvi idi. Bu bizə baha başa gəldi”. V.Mustafayev Ermənistandakı kürdlərlə münasibətləri olduğunu da bildirdi.
Hətta onu da dedi ki, əgər Azərbaycan öz ərazilərində kürd və talışlara muxtariyyət verərsə, onda Ermənistan Qarabağı qaytara bilər: “Amma siz buna razı deyilsiz, ona görə ki, kürd və talışların müstəqilliyini istəmirsiz. Onlara müstəqillik versəniz nə olıacaq ki?”
V.Mustafayev daha sonra bizə “tarix”i xatırlatdı. Bildirdi ki, Rusiya Zaqafqaziyanı (İran torpağını) işğal etdikdən sonra erməni və Qafqaz tatarları arasında bu əraziləri bölüşdürdü. Ermənilərə az, türklərə isə daha çox torpaq düşüb: “Amma siz elə bilirsiz ki, bu torpaqlar əzəli sizin olub”. V.Mustafayev bizim sualımıza cavab olaraq əvvəlcə ermənilərin Azərbaycan ərazilərini işğal etdiyini dedi. Sonra isə digər bir sualımızı cavablandırarkən dediyini təkzib etdi: “Laçın və Kəlbəcəri ermənilərə siz verdiniz ki, orada Kürdistan dövləti yaradılmasın”.
Yeri gəlmişkən: Tanınmış kürd yazıçısı Əhmədi Həponun İtaliyada yaşayan Vəkil Mustafayevlə bağlı bizə bildirdiklərindən: “1937-ci ildə Ermənistandan 50 min, bir az da Naxçıvanın Ermənistanla sərhəd rayonlarından müsəlman kürdü Orta Asiya respublikalarına sürgün edildi. Bunun da əsas səbəbi “Böyük Ermənistan” yaratmaq ideyası idi. Ermənilər Stalini inandırmağa çalışırdılar ki, burada yaşayan müsəlman kürdlərinin Türkiyə ilə əlaqələri var. Əgər müharibə başlayarsa, onlar sovet hökuməti üçün təhlükəli olacaqlar. Buna görə də Kremldə Mikoyan və digər ermənilərin əli ilə azərbaycanlıları sürgün etdilər. Vəkil Mustafayevin də ailəsini Naxçıvandan Qırğızıstana sürgün etdilər. 1947-ci ildə Stalin yenidən fərman verdi ki, sürgün olunanlar vətənlərinə qayıda bilərlər. Həmin vaxt Vəkil Mustafayev qaldı Qırğızıstanda. Vəkil Mustafayev Qırğızıstanda böyüdü, təhsil aldı və Daxili İşlər Nazirliyində vəzifə tutdu. Bu elə bir məqama təsadüf etdi ki, onu orada tutmaq istəyirdilər. 1980-ci ildə qaçdı Naxçıvana. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya yazdılar ki, bəs o, yaxşı kadrdır, ona böhtan atıblar. Hələ Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əli Bayramlı rayonunda polis rəisinin müavini idi. Dağlıq Qarabağ məsələsi ortaya çıxandan sonra bu şəxs bir neçə dəfə bizə gəlib-getdi. Mən də onların ailəsində olmuşam. Onu da qeyd edim ki, onun həyat yoldaşı əslən rusdur. 1992-ci ildə Laçın işğal edildikdən sonra mənə xəbər verdilər ki, Vəkil Mustafayev Ermənistana gedib. Düzü, inanmadım. Qarabağ yolunun bağlı, azərbaycanlıların köçürüldüyü, şəhidlər verdiyimiz, yaralılarımız, əsgərlərimizin meyitləri gəldiyi bir vaxtda Vəkilin Ermənistanda necə peyda olması çox müəmmalı idi. Sonra eşitdik ki, o, Ermənistan televiziyasında çıxış edib deyib ki, Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı tarixən kürdlərin torpağı olub və burada “Qırmızı Kürdüstan” dövləti yaradılıb, paytaxtı da Laçındır və sair.
Sual olunur: ermənilər kürdləri sevirdisə, niyə 1937-ci ildə 50 min müsəlman kürdünün başına müsibətlər açdılar? Qarabağ məsələsi ortaya atılandan sonra müsəlman kürdlərini ev-ev gəzib zorla niyə çıxardılar. Əgər Ermənistan kürdlərə muxtariyyət verirdisə, niyə bizi qovurdu. Özü də elə-belə yox. Laçın “Qırmızı Kürdüstan”ın paytaxtı idisə, niyə ermənilər rayonun 65 min əhalisini didərgin saldı. Maraqlıdır ki, biz bunu deyəndə Vəkil kimilər niyə narahat olurlar. Vəkil Mustafayev Ermənistanda Sevan gölü qırağında erməni konyakı içib erməni qızları ilə kef çəkəndə biz burada dövlət və dövlətçiliyimizə xidmət edirdik. Qaçqın düşən soydaşlarımıza müxtəlif vasitələrlə köməkliklər göstərirdik. Onu da deyim ki, televiziyaya Vəkil Mustafayevdən başqa 2 yezidi kürd və bir neçə erməni də çıxarılmışdı. Ermənilərin də başında kürd çalmaları var idi”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4076

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031