“Şamaxinka”dakı sürücülərə BƏD XƏBƏR

25.11.2015 - 14:05

samaxinkaMoskva prospektində, “Şamaxinka” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, parkinqin ləğv edilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə, razılaşdırılmış şəkildə həyata keçirilib.

Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb. Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibləri də tapılandan sonra əraziyə giriş Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq. Hələliksə parkinqə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb.

Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzəridə deyil, həmçinin yol ötürücülərinin ( avtomobil körpüləri ) alt hissəsində də mövcuddur. Bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaradır. Buna görə həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=41075

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31