Azərbaycan gənclərinin İŞİD-ə meylliyinin sirri…

26.11.2015 - 11:15

isid6Gözəl və zəngin həyat, cənnət vədi…; Azərbaycan gənclərinin İŞİD-ə meylliliyinin sirri təkcə bunda deyil

Psixoloq: “Bu qruplaşma işsiz və bekar gənclərə qarşı psixoloji texnologiyalardan məharətlə istifadə edir…”

 
İŞİD terror qruplaşmasına qoşulmağa qərar verən, lakin bugünlərdə Türkiyə polisi tərəfindən Adana şəhərində tutulan 14 Azərbaycan vətəndaşından 4-ü gənc oğlan, 3-ü qadın, 7-si isə uşaqdır. Bunu virtualaz.org saytına açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Xatırladaq ki, noyabrın əvvəllərində Adanada İŞİD-ə qoşulmaq istəyən 38 əcnəbi tutulub. Onların 5-i Qırğızıstan, 14-ü Azərbaycan, 7-si İndoneziya, 5-i İraq, 2-si Tacikistan, 3-ü İran və 2-si Əfqanıstan vətəndaşı olub. Tutulanlar arasında 15 azyaşlı uşaq da olub ki, onların da yarısı azərbaycanlılardır. O da məlum olub ki, saxlanılan azərbaycanlılar 3 ailənin üzvləridir.
Qeyd edək ki, bugünlərdə Türkiyə mediası Suriyadakı qarşıdurmalarda Azərbaycandan gedən 30-a yaxın öldürülmüş döyüşçünün fotoları yayımlamışdı.
İŞİD-ə qoşulan gənclərin sayına diqqət etsək görərik ki, gənclərin psixologiyasında döyüşə, ölümə meyllilik var.
Ümumiyyətlə, müharibə, döyüş hər zaman gəncləri özünə cəlb edib. 90-cı illərdə də gənclər, uşaqlar evdən qaçır, müharibəyə gedirdilər. Ancaq İŞİD onları daha çox cəzb edir, nəinki öz vətənimiz uğrundakı döyüşlər. Döyüş, ölüm sanki bu gəncləri özünə çəkir. Bəs bunun səbəbi nədir? 
Psixoloq Dəyanət Rzayev İŞİD-in psixoloji texnologiyalardan istifadə edərək bu gəncləri ağuşuna aldığını dedi: “İŞİD-in ideologiyası öz-özünə yaranmayıb. Bu ideologiyada çoxlu psixoloji texnologiyalar işlənilib. Ancaq İŞİD-də belə bir ideologiya yaratmaq ağlı olmazdı. Bunun üzərində müəyyən qədər xarici kəşfiyyatlar işləyib. Bir valideyn uşağını yanıma gətirmişdi. Uşaq Suriyaya gedərkən valideynləri onu vağzalda tutmuşdu.
Uşaq özündə deyildi. Onlar müəyyən psixotrop dərmanlardan istifadə edirlər. İŞİD üçün əsas ideologiyadır. Onlar bu cür gəncləri xüsusilə seçirlər. Məsələn, baxır ki, gənc ailədir. Nəyəsə iddialı da deyil. Onları bu birləşməyə cəlb etmək üçün müəyyən vədlər verirlər. Amma ən əsas vəd o olur ki, sən cənnətə düşəcəksən. Onları cənnətin varlığına inandırır, Allah yolunda şəhid olacağını deyir, valideynlərinin də cənnətə gələcəyini və orada görüşəcəklərini deyirlər. Təbii ki, bu gənclərin də psixologiyası hələ tam formalaşmayıb. 18 yaşdan 30 yaşadək psixika hələ tam formalaşmır. Ona görə də insanın öz düşündüyü bir ideologiyası yoxdur və burada bir boşluq var. Bu boşluğu da nə iləsə dolmalıdır. Məsələn, biz deyirik ki, Qarabağ problemi var. Sabah Qarabağ müharibəsi başlasa, həmin Suriyaya qaçan gənclərin heç biri Qarabağ müharibəsinə getməyəcək.
Çünki İŞİD-in ideologiyası bəzilərinə daha cəzbedici görünür. Qarabağ müharibəsi zamanı nə qədər insan həlak oldu, əlil, veteran oldu. Müharibə iştirakçıları, öz sağlamlıqlarını döyüşdə itirən insanlar bu gün qəpik-quruş təqaüd alır. Qarabağa getmək üçün insanlara vədlər versək gedənlər olacaq. Ancaq yenə İŞİD-ə meyl daha  güclü olacaq. Çünki orada insanlara cənnət vəd edilir və onların beyni tamamilə yuyulur. Daha çox bekar, işsiz gəncləri İŞİD-ə cəlb edirlər. Onlara evləndirəcəklərini, pul, cənnət və sairə təklif edirlər. İşsiz olan gənclərə də bu təklif çox cazibədar görünür.
90-cı illərdə Azərbaycanda gedən müharibəyə yalnız kasıbların uşaqları gedirdi. Yəni varlı-kasıb arasında bərabərlik yox idi. Sabah Qarabağ müharibəsi olsa,  varlıların, məmurların uşaqları da təbii ki, gedəcək əsgərliyə. Amma kasıbların balaları kimi döyüş zonasına yox. İsti, rahat, yaxın bir yerə gedəcəklər.  Əsgərləri alçaldır, döyürlər, ona görə də insanlar düşünürlər ki, mən gedib nəyə görə alçalmalıyam. Ona görə də vacibdir ki, ideologiya düzgün qurulsun, insanlar bərabər olsun. İnsanlara bərabər yanaşmaq lazımdır”.  

 

Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=41247

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31