Nazirlik işə qarışdı, 2 milyon manat qaytarıldı – MAAŞLAR

27.11.2015 - 11:34

smƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının gecikdirilmiş əməkhaqlarının ödənilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Publika.az-a verilən məlumata görə, 2 noyabr 2015-ci il tarixdə DƏMX-ə etdikləri müraciətə əsasən, qeyd olunan Səhmdar Cəmiyyətin işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb. Araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əməkhaqlarının ödənilməsinin cari ilin may ayından, yəni, uzun müddətdir gecikdirildiyi, müəssisənin öz işçilərinə ümumilikdə 2 milyon 362 min 875 manat məbləğində əməkhaqqı borcunun yarandığı müəyyən edilib.

İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əməkhaqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib, yaranmış narazılıq aradan qaldırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=41476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31