Eldar Mahmudov komandası pullarını harda saxlayıb? – İLGİNC İDDİA

30.11.2015 - 01:42

Mahmudov komandası milyonları yığmaq üçün xaricdən xüsusi valyuta konteynerləri gətirib

pul dollar“MTN işi” ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, qanunsuz yolla əldə edilən milyonların çoxluğundan “əziyyət çəkən”, bu pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşən sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb. Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib.
Mənbənin sözlərinə görə, bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.
Bilgili qaynağın sözlərinə görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin harda olması, onların içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey varsa, bu da bir yerlərdə gizlədilən bu konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözlədiyidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=41797

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31