Bakıda ananın küçəyə qovduğu qardaşların tükürpərdici FƏRYADI – VİDEO

30.11.2015 - 02:51

rrAnaları tərəfindən küçəyə atılmış iki yeniyetmə qardaş paytaxtdakı zibillikdə yaşayır. 12-14 yaşlarında olan qardaşlar 10 günə yaxındır, Əhmədli kəndində avtobus dayanacağının yaxınlığındakı zibil yeşiklərində yatırlar.

Adını Rəhman kimi təqdim edən oğlan evlərinin Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində olduğunu, bir neçə gün əvvəl kiçik qardaşı ilə evdən qovulduqlarını deyir: “İstəyirəm mənim də evim, çörəyim, ata-anam olsun. Atam həbsxanadadır, anam isə bizi evdən qovub. 10 gündür çöldə yatırıq. Paltar istəyirik. Sığınacaq olsaydı, gedərdik”.

Yaxınlıqda yaşayan Bakı sakini Əli Mustafayev bildirib ki, uşaqlar hər gün zibillikdə olurlar: “Əyinlərindəki paltarlar yay paltarlarıdır. Gecə-gündüz orda qalırlar. Bir maraqlısı budur ki, uşaqlar dilənməyə meyilli deyillər. Yalnız kimsə pul, qida verərsə, alırlar. Onlar böyük risk altındadırlar. Bu uşaqların həyatı təhlükədədir. Üstəlik, onlardan hər cür istifadə edə bilərlər. Rəhman danışır, amma kiçik qardaşı danışa bilmir. Azyaşlılar nəzarət altına alınmalı, müalicə olunmalı, sığınacaqlara yerləşdirilməlidirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31